xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:45 – İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 13:01 – Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib 

Azərbaycanlı iş adamına ölüm tələsi – Uşaqları ilə maşında olarkən!

Bugün, 09:00 1 dəfə baxılıb

Azərbaycanlı iş adamına ölüm tələsi – Uşaqları ilə maşında olarkən!


Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində azərbaycanlı iş adamı Duriç Hacıyevə silahlı hücum olub.

Gürcüstanın “TV Pirveli” telekanalının məlumatına görə, hadisə iş adamı restorandan azyaşlı övladları ilə birlikdə evə qayıdarkən baş verib.

Silahlı şəxslər Hacıyevin yaşadığı evin yaxınlığında pusqu quraraq onun avtomobilinə atəş açıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Gürcüstan mediasının məlumatına görə, hücumun maliyyə mübahisəsi zəminində baş verdiyi ehtimal olunur. Versiyalardan birinə əsasən, iş adamı əvvəllər şantaj edilib, ondan biznesində pay və 100 min məbləğində pul tələb olunub.

Lakin Duriç Hacıyevin ailəsi bu məlumatı təkzib edib. İş adamının atası hər hansı maliyyə mübahisəsinin olmadığını bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığını açıqlayıb. Həmin şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhddə iştirak etməkdə ittiham olunur.

Nazirliyin məlumatına əsasən, hadisə ilə əlaqəli ikinci şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 25, 19-109, 236 və 187-ci maddələri üzrə istintaq aparılır.

Hadisə yerinə polis qüvvələri cəlb olunub və istintaq hərəkətləri keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi