Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar "yaxın vaxtlarda" bərpa olunacaq, lakin hələlik dəqiq tarixlər məlum deyil.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyanat verib. Kremlin sözçüsü həmçinin qeyd edib ki, Moskva danışıqlar üçün meydança kimi hələlik Əbu-Dabini nəzərdən keçirir, lakin digər variantlar da mümkündür.
Qeyd edək ki, tərəflər arasında diplomatik təmasların və vasitəçilik formatlarının bərpası ətrafında müzakirələr hərbi əməliyyatların gedişi, təhlükəsizlik zəmanətləri və sanksiya məsələlərinin gündəmdə qaldığı bir vaxtda aparılır.
Danışıqların yekun məkanı və tarixləri ilə bağlı razılaşmaların tərəflər arasında razılaşdırılma mərhələsində olduğu bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.