xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı

16-09-2026, 09:14 5 dəfə baxılıb

Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı


Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovun açıqlaması media qurumlarını üz-üzə qoyub.

Ermənistanın “Faktların Yoxlanılması Platforması” (FIP) revanşist media qurumları olan “Yerevan Today” və “Alpha News”un yaydığı məlumatları yoxlayaraq onların Ceyhun Bayramovun sözlərini düzgün təqdim etmədiyi qənaətinə gəlib.

Məsələ Ceyhun Bayramovun Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək marşrut barədə dediyi sözlərlə bağlıdır.

Bayramov açıqlamasında belə deyib:

“Bura Ermənistan ərazisi hesab olunsa da, giriş və çıxış Azərbaycan ərazisindən həyata keçiriləcək”.

Lakin “Yerevan Today” və “Alpha News” bu fikri təqdim edərkən Bayramovun guya Ermənistan ərazisindən keçən hissəyə Azərbaycanın nəzarət edəcəyini söylədiyini yazıblar.

FIP isə Bayramovun orijinal açıqlamasını yoxlayaraq müəyyən edib ki, nazir ümumiyyətlə “nəzarət” ifadəsini işlətməyib. Onun sözləri yolun haradan daxil olub haradan çıxacağını, yəni marşrutun istiqamətini təsvir edib. Başqa sözlə, söhbət Ermənistan ərazisindəki hissənin Azərbaycan tərəfindən idarə və ya nəzarət edilməsindən getməyib.

FIP xüsusi olaraq vurğulayıb ki, Bayramovun açıqlamasının Azərbaycan dilindəki orijinalında da “nəzarət” anlayışı yoxdur.musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi