xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezident Hakan Fidanı qəbul etdi - Foto 
  • 12:27 – Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar 
  • 18:42 – Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb 
  • 18:37 – İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi 

ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?

Bugün, 13:39 1 dəfə baxılıb

ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?


Ermənistan Müdafiə Nazirliyi ilə ABŞ-ın Kanzas ştatının Milli Qvardiyası “Phoenix Platoon” adlı illik birgə təlim keçirib.

Təlimlər avqustun 31-dən sentyabrın 11-dək davam edib.

Təlimlər zamanı ABŞ-ın Kanzas Milli Qvardiyasının hərbçiləri ilə Ermənistan Silahlı Qüvvələrinin müxtəlif bölmələrindən olan çavuşlar liderlik və taktiki planlaşdırma sahəsində bilik və təcrübə mübadiləsi aparıblar. Proqram bir neçə gün davam edən praktiki məşqlərlə yekunlaşıb. Məqsəd hərbçilərin fərdi və komanda şəklində liderlik bacarıqlarını gücləndirmək, ABŞ və Ermənistan hərbçiləri arasında qarşılıqlı fəaliyyəti artırmaq olub.

Qeyd edək ki, bu, Kanzas Milli Qvardiyasının 2026-cı ildə Ermənistan ordusu ilə keçirdiyi yeganə təlim deyil. İyunun 17-dən 25-dək Ermənistandakı “Zar” təlim mərkəzində “Eagle Partner 2026” hərbi təlimi keçirilib. Həmin təlimlərə Ermənistan ordusundan 250, ABŞ Ordusunun Avropa və Afrika qüvvələri və Kanzas Milli Qvardiyasından ümumilikdə 58, Fransa ordusundan 24, Yunanıstandan isə 11 hərbçi cəlb olunub.

“Eagle Partner 2026” zamanı beynəlxalq sülhməramlı əməliyyatlarda bölmələrin qarşılıqlı fəaliyyətinin artırılması, birgə əməliyyatların təşkili, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi əsas istiqamətlərdən olub. Təlimin praktiki mərhələsini Ermənistanın müdafiə naziri Suren Papikyan və Kanzas Milli Qvardiyasının yüksək rütbəli nümayəndələri də izləyiblər.musavat






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi