xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Ermənistanda “qara qu quşu” ssenarisi: Güc strukturları bir-biri ilə toqquşdu

Bugün, 09:39 1 dəfə baxılıb

Ermənistanda “qara qu quşu” ssenarisi: Güc strukturları bir-biri ilə toqquşdu


Ermənistanda hakimiyyətin əsas dİrəvanda hakimiyyətin dayaqları bir-birinə qarşı: Polis–İstintaq Komitəsi qarşıdurması fiziki müstəviyə keçdi

Ermənistanda hakimiyyətin dayaqlarından sayılan güc strukturlarının öz daxilində qarşıdurma yaranması ölkədəki siyasi sistemin dayanıqlığı ilə bağlı yeni suallar doğurub. İrəvanda polis əməkdaşı ilə İstintaq Komitəsinin əməkdaşları arasında baş verən insident adi məişət münaqişəsi kimi təqdim olunsa da, erməni siyasi dairələrə bunun daha ciddi proseslərin göstəricisi olduğunu iddia edir.
Musavat.com acnis.am-a istinadən yazdığına görə, günlər əvvəl İrəvan Şəhər İstintaq İdarəsinin binası qarşısında hüquq-mühafizə sisteminin iki fərqli strukturunun nümayəndələri arasında qarşıdurma baş verib.

Hadisə zamanı Ermənistan Daxili İşlər Nazirliyinin polis əməkdaşı bir neçə yaxın qohumu ilə birlikdə iki müstəntiqi döyüblər. Yəni söhbət sıradan vətəndaşlarla polis arasında mübahisədən deyil, dövlətin hüquq-mühafizə sistemində çalışan iki strukturun əməkdaşlarının toqquşmasından gedir. Erməni nəşri bu hadisəni daha geniş siyasi proseslərin fonunda qiymətləndirərək ölkədəki güc strukturlarında sistemli böhranın başladığını yazır. Məsələnin mahiyyəti ondadır ki, Ermənistan hakimiyyətinin son illərdə siyasi dayaqlarından biri məhz hüquq-mühafizə və repressiv strukturlar olub. Hakimiyyətin siyasi rəqiblərinə qarşı cinayət işləri, həbslər, istintaqlar və müxtəlif təzyiq mexanizmləri güc strukturlarının siyasi proseslərdə rolunu əhəmiyyətli dərəcədə artırıb.Belə vəziyyətdə isə təhlükəli paradoks ortaya çıxır: hakimiyyətin qorunması üçün gücləndirilən strukturlar zaman keçdikcə özlərini sistemin digər hissələrindən daha üstün hesab etməyə başlaya bilərlər.

Hadisənin başqa bir mühüm tərəfi hüquq-mühafizə sistemindəki institusional parçalanmadır. Ermənistanda polis Daxili İşlər Nazirliyinin tabeliyindədir. İstintaq Komitəsi isə ayrıca qurumdur. “Beləliklə, eyni siyasi hakimiyyətə xidmət edən iki güc strukturu müxtəlif idarəetmə xəttinə tabedir. Bu strukturlar arasında qarşıdurmanın fiziki müstəviyə keçməsi isə sistem daxilində koordinasiya və qarşılıqlı etimad məsələsini gündəmə gətirir. Əgər polis əməkdaşı ilə müstəntiqlər arasındakı adi münaqişə belə iki tərəfin öz gücünü nümayiş etdirməsinə çevrilirsə, siyasi böhran şəraitində daha ciddi qarşıdurmaların baş verməsi ehtimalı istisna edilmir” deyə, nəşr yazır.
Məhz buna görə erməni nəşri hadisəni “qara qu quşu” ssenarisi ilə əlaqələndirir. Bu anlayış əvvəlcədən proqnozlaşdırılması çətin, lakin baş verdikdə ciddi nəticələr doğura biləcək hadisələri ifadə edir. Ermənistanda hazırda əsas problem yalnız bir polis əməkdaşının müstəntiqlərlə dalaşması deyil. Əsas məsələ hakimiyyətin güc strukturlarının hamısını vahid siyasi və institusional nəzarət altında saxlaya bilməsidir. Əgər hüquq-mühafizə strukturları arasında rəqabət dərinləşərsə, məsələ artıq konkret cinayət işi və ya inzibati mübahisə çərçivəsindən çıxaraq hakimiyyət daxilində güc balansı probleminə çevrilə bilər. Belə proseslərin sonrakı mərhələsi isə daha təhlükəlidir: ayrı-ayrı güc strukturlarının arxasında müxtəlif siyasi qrupların dayanması, onların bir-birini müdafiə etməsi və nəticədə dövlət aparatının daxilində paralel təsir mərkəzlərinin formalaşması. Erməni nəşrinin irəli sürdüyü yanaşmaya görə, hakimiyyətin legitimliyi ilə bağlı mübahisələr, siyasi qütbləşmə və güc strukturlarının artan rolu bir-birini tamamlayan proseslərdir. Hakimiyyət cəmiyyətin müəyyən hissəsinin dəstəyinə tam əmin deyilsə, daha çox güc strukturlarına arxalanır. Güc strukturlarının siyasi çəkisi artdıqca isə onların daxilindəki maraq və ambisiyalar da əhəmiyyət qazanır.

Nəticədə hakimiyyəti qoruyan mexanizm hakimiyyət üçün əlavə risk mənbəyinə çevrilə bilər. Siyasi hakimiyyətin əsas dayaqları hesab olunan strukturlar bir-birinə qarşı güc tətbiq etməyə başlayırsa, problem artıq hakimiyyətin rəqibləri ilə deyil, hakimiyyətin öz daxilində yaranır. Bu isə Azərbaycanla sülh sazişi imzalamaq istəyən Ermənistan hakimiyyəti üçün siyasi böhranın yeni mərhələsinin başlanğıcı ola bilər...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi