xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Gecənin ƏN ÖNƏMLİ xəbəri: ABŞ İranla bağlı bu qərarlarını LƏĞV ETDİ

6-08-2026, 10:51 2 dəfə baxılıb

Gecənin ƏN ÖNƏMLİ xəbəri: ABŞ İranla bağlı bu qərarlarını LƏĞV ETDİ


ABŞ administrasiyası İranla əlaqəli bəzi sanksiyaların ləğv edilməsi barədə qərar qəbul edib.

Reuters-in məlumatına görə, söhbət İraqın Fly Baghdad aviaşirkəti, Iraq Express şirkəti və iki təyyarəyə tətbiq olunan sanksiyalardan gedir. ABŞ Maliyyə Nazirliyi bildirib ki, qərar həmin qurumların fəaliyyətində baş verən dəyişikliklər nəzərə alınaraq qəbul edilib və bu, Vaşinqtonun İrana qarşı ümumi siyasətinin dəyişməsi anlamına gəlmir.

Fly Baghdad və əlaqəli qurumlar 2024-cü ildə ABŞ tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə olmaq ittihamı ilə sanksiyalar siyahısına salınmışdı.

Reuters-in məlumatına görə, ABŞ Maliyyə Nazirliyi son qərarı qəbul edərkən şirkətin davranışında əhəmiyyətli dəyişikliklərin baş verdiyini əsas götürüb. Bununla belə, bu dəyişikliklərin konkret nədən ibarət olduğu açıqlanmayıb.

ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi vurğulayıb ki, sözügedən qərar İran və ya SEPAH-a münasibətdə ABŞ siyasətinin yumşaldılması kimi qiymətləndirilməməlidir.

Qurum bildirib ki, sanksiyalar ləğv olunsa da, gələcəkdə zərurət yaranacağı təqdirdə onların yenidən tətbiq edilməsi mümkündür.

Reuters yazır ki, ABŞ rəsmiləri bu qərarın İranla davam edən diplomatik təmaslar və ya regional gərginliyin azaldılması istiqamətində aparılan müzakirələrlə bağlı olmadığını xüsusi qeyd ediblər.

Beləliklə, sanksiyaların ləğvi yalnız adı çəkilən şirkətlərin fəaliyyəti ilə bağlı aparılan qiymətləndirmənin nəticəsi kimi təqdim olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi