xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

HƏMAS tam tərksilah edilənə qədər İsrail Qəzzadan çəkilməyəcək – Netanyahu ELAN ETDİ

5-08-2026, 10:00 3 dəfə baxılıb

HƏMAS tam tərksilah edilənə qədər İsrail Qəzzadan çəkilməyəcək – Netanyahu ELAN ETDİ


İsrail HƏMAS tərksilah edilənə qədər Qəzza zolağındakı mövqelərindən geri çəkilməyəcək.

aia.az Ynet portalına istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib:

"Təhlükəsizlik maraqlarımızı müdafiə etməkdə qətiyyətliyəm. HƏMAS tamamilə tərksilah edilənə qədər Qəzza zolağındakı mövcud xətlərdən geri çəkilməyəcəyik".

Netanyahunun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp "və onun komandası HƏMAS-ı tərksilah edə və Qəzzanı silahsızlaşdıra biləcəklərinə inanır".

O əlavə edib:

"Biz bu məsələni araşdırırıq. Onlar (ABŞ – red.) bizə layihə göndəriblər, biz bununla razı deyilik və biz də onlara şərhlərimizi göndərmişik".
Netanyahu əlavə edib ki, Qəzza zolağındakı İsrail əsgərləri "özlərini, İsrail ərazisini və İsrail vətəndaşlarını müdafiə etmək üçün lazım olan hər şeyi etmək əmri alıblar".

İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman ötən həftənin sonlarında bildirib ki, İsrail "hər hansı bir proses üçün ilkin şərt olaraq Qəzzadan silahların çıxarılması və zolağın tamamilə silahsızlaşdırılması da daxil olmaqla HƏMAS-ın tamamilə tərksilah edilməsini tələb edir". O bildirib ki, "müzakirə olunan 15 bəndlik sənəd bu tələbləri kifayət qədər əhatə etmir və İsrail öz etirazlarını xüsusi elçi Toni Bleyrə çatdırıb".

Gendelman vurğulayıb ki, "HƏMAS tərksilah edilənə və zolaq demilitarizasiya edilənə qədər İsrail Qəzza zolağındakı "Sarı Xətt"dən geri çəkilməyəcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi