xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:30 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 

Ermənistan bu olayla ÇALXALANIR

Bugün, 16:00 0 dəfə baxılıb

Ermənistan bu olayla ÇALXALANIR


Ermənistanda yeni seçilmiş parlamentin ilk iclasına Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qaregin dəvət edilməyib.

Ənənəyə görə, yeni seçilən parlamentin ilk iclasına Apostol Kilsəsinin rəhbəri dəvət olunurdu.

Nikol Paşinyan hökumətinin kilsə ilə, xüsusən də II Qareginlə münasibətlərindəki gərginlik bu ənənənin pozulmasına gətirib çıxardı. Müxalifət buna etiraz etsə də, vəziyyət dəyişməyib - ilk iclas kilsə rəhbərinin iştirakı təmin edilmədən keçirilib.

Siyasi anlitiklər hesab edirlər ki, bu hadisə qarşıdakı mərhələdə Nikol Paşinyanla kilsə və II Qaregin arasında gərginliyin pik həddə yüksələcəyinin və kilsənin Ermənistan siyasətinə təsirinin mümkün olduğu qədər zəiflədiləcəyinin anonsu sayıla bilər. Bu hadisəni təkcə protokol dəyişikliyi kimi deyil, həm də Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərən siyasi mesaj kimi qiymətləndirmək olar. Bu, kilsənin dövlət idarəçiliyinə ənənəvi təsir imkanlarının məhdudlaşdırılması istiqamətində siyasi kursun davam etdiyini göstərir.
Yeni parlamentin ilk iclasına bütün ermənilərin katolikosu II Qareginin dəvət edilməməsi uzun illər formalaşmış siyasi-dini ənənənin pozulması olmaqla yanaşı, hökumətin kilsəyə əvvəlki kimi dövlət həyatının ayrılmaz siyasi institutu kimi yanaşmaq niyyətində olmadığını da nümayiş etdirir.

Nikol Paşinyan son illərdə II Qaregin və kilsə rəhbərliyini açıq şəkildə tənqid edib, onları siyasi proseslərə müdaxilədə ittiham edib. Kilsə isə öz növbəsində Paşinyanın istefasını tələb edən bəyanatlar səsləndirib və xüsusilə 2020-ci il müharibəsindən sonra müxalifətin əsas dayaqlarından birinə çevrilib. Buna görə də hazırkı addım əvvəlki qarşıdurmanın davamı kimi görünür.

Hakimiyyət parlamentin ilk iclasında katolikosun iştirakını təmin etməməklə dövlət institutlarının dini institutlardan müstəqil fəaliyyət göstərdiyini nümayiş etdirməyə çalışır. Bu, Paşinyanın uzun müddətdir irəli sürdüyü siyasi xəttə uyğundur. Bununla yanaşı, kilsənin təsirinin tamamilə zəiflədiyini söyləmək olmaz. Hökumət dövlət institutlarında kilsənin rolunu məhdudlaşdıra bilsə də, onun ictimai təsir imkanlarını qısa müddətdə tamamilə aradan qaldırması çətin görünür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi