xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu

29-07-2026, 11:11 4 dəfə baxılıb

Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu


İraqın Baş naziri Əli əl-Zeydinin Türkiyəyə rəsmi səfərinin yekununda, iki ölkə arasında sənədlərin imzalanması zamanı böhran yaşanıb.

İraqlı hökumət başçısı iyulun 28-də Ankaraya səfər edib.

O, Beştəpə iqamətgahında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlər danışıqlardan sonra mətbuat konfransı keçiriblər. Tədbir zamanı Ankara və Bağdad arasında 5 sazişin imzalanması da nəzərdə tutulubmuş. Lakin liderlərə 4 sənəd təqdim olunub. R.T.Ərdoğan məsələdən dərhal duyuq düşüb. O, təccüblə deyib: “Axı beş anlaşma olmalı idi? Bir yanlışlıq olmasın”.

Bundan sonra Əli əl-Zeydi məsələyə müdaxilə edib. Bəlli olub ki, İraqın nəqliyyat naziri Vəhb Həsəni “İnkişaf yolu” layihəsi ilə bağlı sənədi imzalamaqdan boyun qaçırıb.

R.T.Ərdoğan da məsələni aydınlaşdırmaq üçün xarici işlər naziri Hakan Fidanı yanına çağırıb. Əli əl-Zeydi isə Vəhb Həsəniyə müqaviləni iştirakçıların qarşısında imzalamağı tapşırıb.

Baş nazirin göstərişindən sonra o, sənədi imzalayıb və mərasim davam edib.

İki ölkə liderinin mətbuat konfransı televiziyalar vasitəsilə canlı yayımlandığına görə, bu vəziyyət də kameralara düşüb.

Qeyd edək ki, İraqın yeni nəqliyyat naziri Həsəni İrana yaxınlığı ilə seçilən Şiə Koorrdinasiya Şurası və Bədr təşkilatının üzvüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi