xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib

15-07-2026, 09:31 12 dəfə baxılıb

ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrail Suriya və Livandakı qoşunlarını çıxarmağa başlamalıdır.

Bu barədə Axios portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Tramp bunu İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bildirib.

ABŞ və İsrailin yüksək vəzifəli rəsmilərinin məlumatına görə, iyulun 9-da baş tutan söhbət zamanı Tramp Netanyahuya İsrail hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlamağı və Livanda da oxşar addım atmağı israrla tövsiyə edib. ABŞ Prezidenti bunu İsrailin Suriya ərazisində hərbi mövcudluğunun gərginlik yaratması və vəziyyətin eskalasiyasına səbəb ola biləcəyi ilə əsaslandırıb.

Bildirilib ki, Tramp və Netanyahu arasında telefon danışığı ABŞ Prezidentinin NATO sammiti çərçivəsində Ankarada Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşündən bir gün sonra baş tutub.

Portalın məlumatına görə, seçkilərə üç ay qalmış Netanyahunun bu məsələ ilə bağlı ciddi güzəştlərə getməsi ehtimalı azdır. Hazırda İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda və Suriyanın bəzi geniş ərazilərində mövqe tutur. İsrail hökuməti bildirir ki, bu bölgələrdə hərbi mövcudluq 7 oktyabr hadisələrinə bənzər yeni hücumların qarşısını almaq üçün zəruridir.

Tramp administrasiyası aylar ərzində İsrail və Suriya arasında yeni təhlükəsizlik sazişinin əldə olunmasına çalışsa da, sonda belə nəticəyə gəlib ki, Netanyahu qoşunların çıxarılması da daxil olmaqla, zəruri güzəştlərə maraq göstərmir.

B. Ravid xatırladıb ki, çərşənbə axşamı ABŞ vasitəçiləri Romada İsrail və Livan nümayəndələri ilə bir neçə həftə əvvəl tərəflər arasında imzalanmış çərçivə sazişinin icrasını müzakirə ediblər. Həmin sazişə əsasən, İsrail Livanın cənubundakı iki "pilot zona"dan qüvvələrini çıxarmağı və Livan ordusunun həmin ərazilərdə yerləşdirilməsinə imkan yaratmağı öhdəsinə götürüb. Lakin İsrail bu ərazilərdən tam geri çəkilməyib. Livan hökuməti bu prosesin başlanmasını tələb edir, İsrail isə növbəti mərhələyə keçməzdən əvvəl "pilot zonalar"ın "Hizbullah"ın silahlarından və hərbi infrastrukturundan tam təmizləndiyinə əmin olmaq istəyir.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi