xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

The Times: Tramp və Netanyahu arasında münasibətlər dönüş nöqtəsinə yaxınlaşır

21-05-2025, 09:58 5 dəfə baxılıb

The Times: Tramp və Netanyahu arasında münasibətlər dönüş nöqtəsinə yaxınlaşır


ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə münasibətlərdə səbrini itirməyə başlayıb.

Bunu “The Times” qəzeti mənbələrə istinadən iddia edib.

Nəşrin həmsöhbəti qeyd edib ki, Tramp Netanyahuya qarşı getdikcə daha çox səbirsizlik nümayiş etdirir.

İsrail mətbuatı tez-tez Tramp və Netanyahu arasında münasibətlərin dönüş nöqtəsinə yaxınlaşdığını irəli sürüb və Vaşinqtonun İranla danışıqlara başlaması və Yəməndəki husilər ilə atəşkəs kimi son addımlarına işarə edir.

Qəzet xatırladıb ki, İsrail Baş naziri guya Bill Klintondan başlayaraq ABŞ prezidentləri ilə şəxsi münasibətlər quraraq karyerasını inkişaf etdirib və xəbərdarlıq edib ki, Tramp sələflərindən fərqlidir və digər liderlər haqqında fikrini sürətlə dəyişdirmək qabiliyyətinə malikdir.

“Axios” portalı mayın 19-da amerikan mənbələrə istinadən bildirmişdi ki, ABŞ vitse-prezidenti Cey Di Vens İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatın miqyasını genişləndirdikdən sonra bu həftə İsrailə planlaşdırılmış səfərini ləğv edib. Portalın məlumatına görə, Vens belə bir qərar qəbul edib, çünki onun səfəri ABŞ-nin atəşkəs tələb etdiyi bir vaxtda İsrailin anklavdakı hərəkətlərinə dəstək kimi görünə bilərdi. Eyni zamanda, İsrail tərəfinə rəsmi olaraq səfərin ləğvinin “logistik” səbəblərlə bağlı olduğu bildirildi. Mümkün səfərlə bağlı danışıqlar 17-18 may tarixlərində aparılsa da, məhz bazar günü, mayın 18-də İsrail tərəfi Qəzza zolağında “Gideonun cəng arabaları” əməliyyatının genişləndirilməsini elan etmişdi.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi