xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...

16-06-2026, 15:30 3 dəfə baxılıb

Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...


Ukrayna prezidenti Aleksandr Lukaşenko Ukraynalı həmkarı Volodimir Zelenskiyə qarşı sərt fikirlərinə görə üzr istəyib və Ukrayna prezidentinə "sakitləşməyi" məsləhət görüb.

O, "Əl-Ərəbiyyə" televiziyasına Belarus TV-lərinin də yayımladığı müsahibədə Zelenskiyə qarşı sərt fikirləri və onların son görüş təklifi ilə uyğunluğu barədə suala cavab olaraq bildirib ki, onun sözləri Ukrayna prezidentinin Belarusdakı 500 hədəfə və raket və dronlarla zərbə endirmək planlarına dair təhdidlərinə reaksiyadır:

"Mən susdum. Hətta hamı mənim susmağıma təəccübləndi. Mən başa düşdüm: İnsan belə bir təzyiq altındadır; gəncdir, təcrübəsizdir, hərbçi deyil. Amma onlar məni təhdid etməyə başlayanda cavab verməyə məcbur oldum".

Lukaşenko etiraf edib ki, ifrata varıb, amma peşmançılıq çəkməyib: "Əgər Volodimir Aleksandroviç inciyibsə, bu sözlərə görə ondan üzr istəyirəm. Bəlkə də, onun döyüşdüyünü nəzərə alsaq, onları deməməli idim". Lakin o, dərhal məşhur bir deyim əlavə edib: "Necə oxuyurlarsa, elə də basdırırlar".

Lukaşenko qeyd edib ki, Zelenski Belarusdan hərbi əməliyyatların gözlənilmədiyini aydın şəkildə başa düşməlidir. Buna görə də Minskə yönəlmiş sərt ifadələrə ehtiyac yoxdur:

"O, sakitləşməli və bunu olduğu kimi qəbul etməlidir. Məni və ya belarusları təhrik etməyə ehtiyac yoxdur. Belarusda onun və ukraynalıların kimi sülh istəyən bir çox insan var".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi