xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"

Bugün, 14:14 3 dəfə baxılıb

Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində keçirdiyi növbəti təşviqat mitinqində həm erməni cəmiyyətində, həm də beynəlxalq mətbuatda bomba effekti yaradacaq, onilliklərdir davam edən erməni mifini darmadağın edən sensasiyalı bəyanatlarla çıxış edib.

İmpiromizə olunmuş səhnə kimi istifadə edilən təşviqat pikapının qarşısında toplaşan kütləyə, xüsusilə ön sıralarda dayanan uşaqlara müraciət edən Paşinyan, vaxtilə dediyi irqçi şüarlardan necə imtina etdiyini və necə "hidayətə qovuşduğunu" açıqlayıb.

Paşinyan erməni xalqının gözünü açmağa çalışaraq deyib: "Bəli, mən o adamam ki, vaxtilə "Artsax Ermənistandır və nöqtə" demişdim. Bu onun ucbatından idi ki, mən düz 30 il boyunca bizi qidalandırdıqları, beynimizi yuduqları o saxta ideyaya sadiq idim. Lakin mən bu yolla getdim və həqiqəti öz gözlərimlə gördüm. Tam səmimiyyətlə dedim ki, bizim bu münaqişəni, bu qanayan yaranı gələcək nəsillərə ötürməyə haqqımız yoxdur. Biz uşaqlarımıza sülh ötürməliyik.

Mən bu problemin arxasınca bütün mümkün yollarla getdim və anladım ki, bu ideya sadəcə bir nəfs, qorxulu bir tələ imiş. Bəli, mən cəsarət nümayiş etdirərək xalqa düzgün yolla getmədiyimizi, "Qarabağ hərəkatı"nı dərhal dayandırmalı olduğumuzu söylədim. Məhz bunun sayəsində biz indi hər zamankından daha çox dövlətik, hər zamankından daha müstəqilik, təhlükəsizliyimiz və rifahımız hər zamankından daha yüksək səviyyədə təmin olunub".

Ölkədə artıq tam sülhün bərqərar olduğunu iddia edən Baş nazir Ermənistan sərhədlərində artıq iki ildir ki, heç bir itkinin və yaralının olmadığını xüsusi vurğulayıb. Paşinyanın fikrincə, uydurma "Qarabağ hərəkatı"nın davam etdirilməsi yalnız yeni qanlı müharibələrə, minlərlə qurbana və nəticədə Ermənistan dövlətçiliyinin tamamilə yer üzündən silinməsinə səbəb olacaqdı. "Biz Ermənistan Respublikasını azad etdik, şəxsən mən Ermənistanı bu fəlakətdən xilas etdim. Mən bunu Ermənistan dövlətinə göstərdiyim ən böyük və tarixi xidmətim hesab edirəm" – deyə Paşinyan öz çıxışını yekunlaşdırıb.musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi