xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA

30-04-2026, 14:22 10 dəfə baxılıb



Ermənistanda təhlükəsizlik strukturları ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.

erməni mediası xəbər verir ki, bu barədə müxalifypnlü “Hraparak” qəzeti iddia ortaya atıb.

Qəzetin yazdığına görə, 2023-cü ildən sonra Ermənistan Təhlükəsizlik Xidmətində qeyri-rəsmi şəkildə “Qarabağ bölməsi” adlandırılan struktur formalaşdırılıb.

İddiaya əsasən, bu bölməyə Qarabağdan Ermənistana gəlmiş təhlükəsizlik əməkdaşları cəlb olunub və onların vasitəsilə Qarabağdan olan şəxslərin, ümumilikdə isə “Qarabağdan gələn ermənilərin” hərəkətləri nəzarətdə saxlanılır.

Qəzet iddia edir ki, bu cür nəzarət mexanizmi bəzi konkret işlərdə də tətbiq olunub. Xüsusilə, “Güclü Ermənistan” partiyası ilə əlaqələndirilən Samvel Karapetyanın tərəfdarı Artur Avanesyan (Kandaz) işi ilə bağlı bu şəxslərin cəlb edildiyi iddia olunur.

Məlumata görə, həmin iş üzrə potensial əlaqələri olan şəxslərin əksəriyyəti əməkdaşlığa cəlb edilib.

Qeyd olunur ki, bu iddialarla bağlı Ermənistanın rəsmi qurumları hələlik açıqlama verməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi