xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Büdrəyib yıxıldı: Trampa sui-qəsd cəhdi necə baş tutmadı?

29-04-2026, 12:18 10 dəfə baxılıb

Büdrəyib yıxıldı: Trampa sui-qəsd cəhdi necə baş tutmadı?


ABŞ Məxfi Xidmətinin əməkdaşları prezident Donald Trampa sui-qəsddə ittiham olunan Koul Tomas Alleni saxlayıblar. O, qaçaraq tüfəngdən atəş açarkən büdrəyərək yıxılıb.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən CBS məlumat yayıb. Hücum edən şəxs dərhal tərksilah edilib, soyundurulub və üzərində partlayıcı maddənin olub-olmaması yoxlanılıb.

Hadisə aprelin 25-də Vaşinqtonda, "Washington Hilton" otelində Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulu zamanı baş verib. Atışma nəticəsində Məxfi Xidmətin bir əməkdaşı yaralanıb. 31 yaşlı Allen oteldə öncədən otaq bron edib və ora odlu silah keçirə bilib.

Ona qarşı ABŞ prezidentinə sui-qəsd cəhdi, ağır cinayət törətmək məqsədilə silah və sursat daşıma, habelə zorakı cinayət törədərkən odlu silahdan istifadə maddələri ilə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi