xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı

27-04-2026, 16:00 11 dəfə baxılıb



ABŞ prezidenti Donald Tramp son açıqlaması ilə gündəmi silkələyib.

Tramp CBS telekanalına verdiyi müsahibədə Ağ Ev müxbirlərinin ənənəvi şam yeməyi zamanı baş verən silahlı insidentlə bağlı diqqətçəkən mövqe sərgiləyib.

Jurnalistin "hədəf siz idinizmi?" sualına cavab verən Tramp qısa və qeyri-müəyyən reaksiya verib: "Bilmirəm," – deyə o bildirib.

ABŞ prezidentinin bu cavabı hadisənin mahiyyəti ilə bağlı şübhələri daha da artırıb. Çünki ilkin məlumatlarda insidentin yüksək səviyyəli rəsmilərə, o cümlədən Trampa yönəldilə biləcəyi ehtimalı irəli sürülürdü.

Tramp eyni zamanda mövcud reallığı belə ifadə edib: "Mən dəli bir dünyada yaşamaq məcburiyyətindəyəm".

Xatırladaq ki, hadisə 25 aprel axşamı Vaşinqtondakı Hilton otelində keçirilən Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş verib. Saat 20:30 radələrində təhlükəsizlik zonasına yaxın ərazidə silahlı şəxs barrikadaya doğru hücum edərək atəş açıb, nəticədə bir Məxfi Xidmət əməkdaşı gülləkeçirməz jilet sayəsində xəsarətsiz qalıb, dərhal xüsusi xidmət əməkdaşları Trampı və digər yüksək vəzifəli şəxsləri zaldan çıxarıb. Təxminən 5–8 atəş səsləndiyi bildirilir, insident saniyələr içində nəzarətə götürülüb və hücum edən şəxs saxlanılıb. Tədbir tamamilə dayandırılıb və sonradan ləğv edilib.

Hadisə ilə bağlı araşdırma davam edir və hücumun konkret olaraq kimə yönəldiyi hələ də tam aydın deyil. Məhz bu qeyri-müəyyənlik fonunda Trampın "bilmirəm" açıqlaması xüsusi diqqət çəkir və insidentin arxasında duran motivlər ətrafında sualları açıq saxlayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi