xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

İrəvanın bir ayağı yenə “gor”da

23-04-2026, 15:30 5 dəfə baxılıb



Son həftələr İrəvanda Azərbaycanla münasibətlərin normallaşması prosesinə xələl gətirən mövqelər önə çıxmağa başlayıb. Paşinyan və komandası bu kimi anti-Azərbaycan mövqeləri müəyyən bəyanatlarla səngitməyə çalışsa da, İrəvandakı cəhənnəm yolçularının-revanşistlərin ağzını yummaq mümkün olmur. Paşinyan sülhdən, münasibətlərin normallaşdırılmasından, kommunikasiyaların açılmasından danışır, amma müxalifət tam fərqli əhvaldadır.
Maraqlıdır ki, Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri Azərbaycanda ciddi etiraz doğursa da, Ermənistanın “bir ayağı gorda” siyasətçiləri, məsələn, Mirzoyan və ya Aloyan onun durumunu daha da pisləşdirə bilər. Tarix artıq sübut edib ki, onun üçün kritik məqamlarda heç kim onu xilas etməyə tələsmir. Ermənistanda qarşıdan gələn parlament seçkiləri fonunda siyasi səhnədə aktiv proseslər davam edir. Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində müşahidə olunan siyasi proseslər təkcə daxili rəqabətlə məhdudlaşmır.

Erməni nəşrləri xəbər verir ki, müxtəlif siyasi qüvvələrin bir araya gəlmək cəhdləri, yeni blokların formalaşdırılması və seçki öncəsi ittifaqlar regionda daha geniş geosiyasi mənzərənin bir parçası kimi qiymətləndirilir.
Bu proseslər fonunda Azərbaycanın maraqlarına qarşı yönəlmiş ritorikanın və siyasi mövqelərin güclənməsi açıq hiss edilir. Onların fikrincə, hakimiyyət xaricdə yaşayan ermənilərin seçkilərə selektiv şəkildə cəlb olunmasına çalışa bilər. Bu isə müəyyən risklər yaradır. Bütün bu proseslər fonunda Ermənistanda müxtəlif siyasi qüvvələrin bolşeviklər kimi “Azərbaycanın bütün düşmənləri, birləşin…” havasında olduqları birmənalıdır. Bu revanşist və anti-Azərbaycan ittifaqlarının hansı istiqamətdə formalaşacağı və regionda hansı nəticələrə səbəb olacağı isə yaxın aylarda daha aydın görünəcək.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli erməni müxalifətinin son akkordları vurduğunu düşünür. Onun fikrincə, bu seçkilərdə Paşinyanın qələbəsi revanşist ideyalarla silahlanan müxalifətin siyasi səhnədən gedişini böyük ölçüdə təmin etmiş olacaq. Partiya funksioneri hesab edir ki, müxalifətin təbliğatı Azərbaycanla qət edilən böyük sülh məsafəsini tormozlamaqdır: “Paşinyan doğru deyir ki, müxalifət "müharibə partiyası"dır. Çünki cəmiyyətə revanş əhvalı aşılanır. Halbuki ermənilər Azərbaycanın tranzit qadağasını götürməsinin müsbət nəticələrini görürlər. İndi əldə olunan bu sülh razılaşmasının pozulması ermənilərə nə qazandıracaq? Əgər üçüncü müharibəni istəyirlərsə, bunun nəticələri əvvəlkindən daha ağır ola bilər. Üstəlik, nə Rusiya, nə Fransa bu müharibəyə açıq dəstək verməyəcəklər. O baxımdan, erməni cəmiyyəti bu seçkilərdə geosiyasi reallığı qiymətləndirməlidir. Sadəcə, müxalifət seçki ərəfəsində bu təbliğatı gücləndirir ki, cəmiyyəti ayağa qaldıra bilsin".
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə Azərbaycana qarşı aparılan kampaniyanı gözlənilən adlandırır. Onun fikrincə, seçkilərdə səs almağın əsas düsturu Paşinyanı Azərbaycana "xidmət"də ittiham etməkdir: “Ermənistanda müharibədən sonra keçirilən növbədənkənar seçkilərdə xalq Paşinyanı dəstəklədi. Amma indi siyasi mənzərə dəyişib və hakimiyyətin qarşısına Karapetyan çıxarılıb. O zaman rəqib keçmiş “Qarabağ klanı” idi. Ona görə də razıyam ki, Paşinyan üçün seçkiləri uduzmaq riski qalır. Sadəcə, onun da arqumentləri var ki, niyə səs almalıdır. Məsələn, sülh mətni paraflanıb, sərhəddə atəşkəs pozulmur, erməni əsgəri ölmür, Türkiyə ilə sərhədlərin açılması şansı var... Eyni zamanda, hakimiyyət müəyyən investisiyalar cəlb edir və sosial şəraiti normallaşdırmağa çalışır. Hər halda, ağır seçki olacaq və Paşinyanın məğlubiyyəti Azərbaycan-Ermənistan münasibətləri üçün heç də yaxşı olmayacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi