xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Paşinyan: Bu, Azərbaycanla yeni müharibə demək olacaq

22-04-2026, 11:44 7 dəfə baxılıb

Paşinyan: Bu, Azərbaycanla yeni müharibə demək olacaq


Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. Bəyannamənin yeni konstitusiyaya daxil edilməsi Qarabağ hərəkatının davam etməsi deməkdir. Bu, Azərbaycanla münaqişənin yenidən başlaması deməkdir”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan əlavə edib ki, Bəyannamənin Konstitusiyaya salınması Ermənistan-Azərbaycan münaqişənin yenidən başlaması deməkdir və bu da sülhü qeyri-mümkün edir. “Bu, həm də Qərbi Ermənistan, dənizdən dənizə Ermənistan haqqında müzakirəni qəbul etmək deməkdir.
Əgər bu gün yeni Konstitusiya qəbul etsək və preambulada Bəyannaməyə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz anlamına gələcək. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək. Əgər Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək”, - deyə Paşinyan bildirib.

Bununla belə Paşinayan əlavə edib ki, hər şey erməni xalıqnın seçimindən asılıdır. “Biz açıq və səmimi şəkildə real Ermənistan ideyasına diqqət yetirməliyik. Bu, tarixi bir seçimdir. Yüz illər ərzində ilk dəfə olaraq, maraqlarımızı başqalarına həvalə etməmək imkanı əldə etdik ki, onlar öz məqsədləri üçün istismar etsinlər və bizi qurban versinlər. Bunun əvəzinə, öz məsələlərimizə diqqət yetirmək, razılaşmalara nail olmaq və bu razılaşmalara əsaslanmaq imkanı əldə etdik, çünki Qarabağ hərəkatının sonu həm də “Qərbi Azərbaycan” və “Şərqi Anadolu” haqqında müzakirələrin sonu deməkdir. Bu, təkcə Ermənistan üçün deyil, həm də region üçün hər kəs üçün tarixi bir fürsətdir”, - deyə Paşinyan bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi