xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

ABŞ-nin blokadası İŞƏ YARAMADI: Tehran neftdən bu qədər QAZANIB - ŞOK MƏBLƏĞ

22-04-2026, 14:00 7 dəfə baxılıb




“Bloomberg” agentliyi gəmiçilik məlumatlarını təhlil edən şirkətlərə istinadən bildirir ki, İran ABŞ sanksiyalarına baxmayaraq, hələ də öz neftini ixrac etmək imkanına malikdir.

Enerji məlumatlarının analizi ilə məşğul olan “Vortexa” şirkətinin hesabatına əsasən, ABŞ ordusunun tətbiq etdiyi dəniz blokadası başladığı vaxtdan bəri onlarla gəmi bu məhdudiyyətlərdən yan keçməyi bacarıb.

Məlumata görə, İranla əlaqəli 19 neft tankeri mühasirə zonasını keçərək Fars körfəzini tərk edib.

Eyni zamanda, 15-ə yaxın tanker Ərəb dənizindən İran istiqamətinə hərəkət edərək körfəzə daxil olub. Bölgədən çıxan gəmilərdən ən azı 6-nın ümumi həcmi 10.7 milyon barel olan xam neft yükü daşıdığı təsdiqlənib.

İqtisadi hesablamalar göstərir ki, daşınan bu yüklərin ümumi dəyəri təxminən 910 milyon dollar civarındadır.

Bu göstəricilər ABŞ-ın dənizdəki hərbi nəzarət cəhdlərinə baxmayaraq, Tehranın neft ticarətini effektiv şəkildə davam etdirdiyini nümayiş etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi