xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi

13-04-2026, 10:22 6 dəfə baxılıb

Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi


Uqanda Silahlı Qüvvələrinin Komandanı general Muhozi Kaineruqaba Kampala dövlətlərarası münasibətlərin daha da gərginləşməsinin qarşısını almaq üçün Türkiyədən 1 milyard dollar, həmçinin ölkənin ən gözəl qadınının ona ərə verilməsini tələb edib.

“Bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Əgər problemlərimiz həll olunmasa, yaxın 30 gün ərzində Türkiyə ilə bütün diplomatik əlaqələri kəsəcəyik. Danışıqlara başlamazdan əvvəl Türkiyədən dərhal 1 milyard dollar təqdim etməsini tələb edirik”, - paylaşımda deyilir.

Sonra o, daha bir paylaşım edərək Türkiyənin “ən gözəl qadınının” ona ərə verilməsini tələb edib, lakin sonradan həmin paylaşımı silib.

Qeyd edək ki, Kaynеruqaba Türkiyəni Somalidə infrastruktur müqavilələrindən, həmçinin bu dövlətin paytaxtı Moqadişo şəhərində limanların və hava limanlarının fəaliyyətindən qazanc əldə etməkdə ittiham edir. Uqanda Afrika İttifaqının missiyaları çərçivəsində Somalidə radikal islamçı "Əş-Şəbab” qruplaşmasına qarşı mübarizə aparır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi