xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

ABŞ ordusu çıxılmaz vəziyyətdə: 68 illik təyyarələr döyüşə göndərilir

13-04-2026, 09:12 6 dəfə baxılıb



İrandakı son gərginlik fonunda ABŞ Hərbi Hava Qüvvələrinin ciddi itkilərlə üzləşdiyi və köhnə texnikanı yenidən aktivləşdirməyə məcbur qaldığı bildirilir.

Bu barədə Bild nəşri məlumat yayıb, ABŞ ordusu 68 il əvvəl istehsal olunmuş KC-135 Stratotanker tipli tanker təyyarələrini yenidən xidmətə qaytarır.

Məlumata əsasən, mart ayında İraqın qərbində bir KC-135 təyyarəsinin qəzaya uğraması və İranın Səudiyyə Ərəbistanındakı aviabazaya endirdiyi zərbə nəticəsində ən azı beş belə tanker zədələnib. Bu isə ABŞ-nin havada yanacaq doldurma imkanlarında ciddi boşluq yaradıb.

Bu itkiləri kompensasiya etmək üçün ABŞ Hərbi Hava Qüvvələri Devis-Montan Hərbi Hava Qüvvələri bazası ərazisində saxlanılan ehtiyat təyyarələri yenidən aktivləşdirir. Onların arasında 58-0011 quyruq nömrəli, təxminən 68 il əvvəl istehsal olunmuş KC-135 də var.

Mənbə kimi göstərilən FlightGlobal qeyd edir ki, bu təyyarələr hazırda texniki baxışdan keçirilir və yaxın zamanda Yaxın Şərqə göndərilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi