xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

İranda əhaliyə yod paylanır: Bizim ölkə üçün risk var?

9-04-2026, 10:15 10 dəfə baxılıb



İranda radiasiya təhlükəsinə qarşı yod tabletlərinin paylanmasına başlanılıb. Məlumatı Buşehr Tibb Elmləri Universiteti yayıb. Bildirilib ki, xüsusilə Buşehr şəhərində yerləşən atom elektrik stansiyasının ətraf ərazilərində yaşayan əhali üçün yod tabletlərinin paylanması prioritet təşkil edib. Qeyd olunub ki, Böhran Vəziyyətlərinin İdarə Edilməsi Qərargahının qərarına əsasən, bölgədə ümumilikdə 180 min ədəd həb paylanıb.

Məsələ ilə bağlı Demokrat.az-a danışan tibb eksperti Şahvələd Məmmədov bildirib ki, Buşehr şəhəri coğrafi baxımdan Azərbaycandan xeyli məsafədə yerləşir:

“Nəzərə alsaq ki, Azərbaycanın əsas yaşayış məntəqələri daha çox bu tərəfdə cəmlənib, cənub istiqamətində isə Təbriz və Urmiya kimi şəhərlər yerləşir, mümkün təsirlərin də daha çox həmin istiqamətlərdən gəlməsi ehtimal olunur. Bu baxımdan, Buşehrin birbaşa Azərbaycana ciddi təsir göstərməsi ehtimalı nisbətən aşağı qiymətləndirilir. Coğrafi məsafə və mövcud təbii şərait nəzərə alındıqda riskin azalması daha məntiqli görünür. Əlbəttə, regionda baş verən hər hansı hadisə dolayısı ilə müəyyən təsirlər yarada bilər. Lakin hazırkı vəziyyətdə bunun ölkəmiz üçün genişmiqyaslı və ciddi təhlükə yaradacağı gözlənilmir. Ümumilikdə, ilkin qiymətləndirmələrə əsasən risk aşağı səviyyədədir və Azərbaycan üçün ciddi təhlükə ehtimalı böyük görünmür. Bununla belə, vəziyyətin inkişafı diqqətlə izlənilməli və rəsmi mənbələrin açıqlamalarına əsaslanmaq daha doğru yanaşma hesab olunur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi