xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Qalibafdan ŞOK BƏYANAT: "Razılaşmanın üç əsas bəndi pozulub, danışıqlar mənasızdır"

9-04-2026, 09:17 8 dəfə baxılıb



İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf tərəfdaşlarla razılaşdırılmış çərçivə sazişinin şərtlərinin pozulması ilə bağlı kəskin bəyanatla çıxış edib.

İRNA xəbər verir ki, parlament sədri Livana edilən hücumlar, İranın hava məkanının pozulması və uranın zənginləşdirilməsi hüququnun inkar edilməsini razılaşmanın üç əsas bəndinin pozulması kimi qiymətləndirib.

Qalibaf bildirib ki, İran tərəfi 10 bəndlik planla bağlı prosesi əvvəldən etimadsızlıqla izləyib və ABŞ gözlənildiyi kimi, danışıqlar masasına oturmazdan əvvəl öz öhdəliklərinə sadiq qalmayıb.

O qeyd edib ki, ABŞ prezidentinin şəxsən işlək baza kimi qəbul etdiyi planın icrası artıq sual altındadır.

Pozulan bəndləri aşağıdakı kimi təsnif edib:

Livanda atəşkəs: On bəndlik planın birinci bəndi olan təcili atəşkəs rejiminə əməl olunmayıb. Pakistanın baş naziri Şahbaz Şərifin də dəstəklədiyi "dərhal və hər yerdə atəşkəs" tələbi yerinə yetirilməmiş qalıb.

Hava məkanının toxunulmazlığı: Fars vilayətinin Lar şəhərində ölkənin hava məkanına daxil olan təcavüzkar PUA-nın vurulması göstərir ki, müdaxilənin qadağan olunması bəndi kobud şəkildə pozulub.

Nüvə hüquqları: İranın uranı zənginləşdirmək hüququnun inkar edilməsi çərçivə sazişinin altıncı bəndinin birbaşa pozulmasıdır.

Sədr vurğulayıb ki, danışıqlar başlamazdan əvvəl prinsiplərin bu dərəcədə tapdalanması mövcud şəraitdə həm qarşılıqlı atəşkəsin, həm də diplomatik təmasların mahiyyətini itirdiyini göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi