xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Hörmüz üçün son şans: Bəhreyn və BƏƏ-dən BMT-yə şok müraciət

6-04-2026, 11:11 4 dəfə baxılıb



Bəhreyn Krallığı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran tərəfindən bağlanan strateji Hörmüz boğazının yenidən açılması üçün lazımi tədbirlərin görülməsinə icazə verilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət ediblər.

"The Wall Street Journal" (WSJ) nəşri Körfəz ölkələrinin bu addımının bölgədəki enerji blokadasını yarmaq üçün son diplomatik cəhd olduğunu yazıb. ABŞ və Körfəz dövlətləri tərəfindən dəstəklənən ilkin qətnamə layihəsində birbaşa hərbi müdaxiləyə icazə verən kəskin ifadələr yer alsa da, Rusiya, Çin və Fransanın ciddi müqaviməti nəticəsində bu formulların danışıqlar zamanı yumşaldıldığı bildirilir.

Hörmüz boğazının qapadılması nəticəsində neft ixracı faktiki olaraq dayanan BƏƏ və Bəhreyn beynəlxalq sularda naviqasiya azadlığının bərpası üçün təxirəsalınmaz addımların atılmasını tələb edirlər.

Bu diplomatik marafon Donald Trampın İrana verdiyi və bu gün bitəcək ultimatumla eyni vaxta təsadüf edir.

Bildirilir ki, Moskva və Pekinin hərbi ssenarilərə qarşı çıxması qətnamənin mətnini dəyişdirsə də, Bəhreyn və BƏƏ-nin bu müraciəti boğazın açılmaması təqdirdə atılacaq hərbi addımlara beynəlxalq legitimlik qazandırmaq məqsədi daşıyır. Hazırda BMT Təhlükəsizlik Şurasında sənədin son variantı üzərində gərgin müzakirələr davam edir və bu, bölgənin gələcək taleyini müəyyən edəcək əsas addım kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi