xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

SON DƏQİQƏ: Qalibafa SUİ-QƏSD CƏHDİ: 200 ballistik raket MƏHV EDİLDİ - ŞOK DETALLAR

18-03-2026, 11:08 4 dəfə baxılıb



İranda vəziyyət kritik həddə çatıb. Tehrandan gələn son məlumatlar ölkə rəhbərliyinin tam panika içində olduğunu göstərir. Parlament sədri Məhəmməd Baqer Qalibafın hədəf alınması və strateji raket anbarlarının vurulması ilə bağlı xəbərlər gündəmi silkələyib.

Yayılan son məlumatlara görə, İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Tehrandakı Zəfərəniyə rayonunda sui-qəsd cəhdinin hədəfi olub.

Hələlik rəsmi Tehran hadisənin təfərrüatlarını gizlətməyə çalışsa da, bu xəbər ölkənin siyasi elitasında böyük qorxu yaradıb.

Eyni zamanda, ABŞ-İsrail koalisiyasının Hörmüz boğazı yaxınlığındakı strateji obyektə sarsıdıcı zərbə vurduğu bildirilir.

Məlumata görə, yeraltı anbarda saxlanılan 200-dən çox "Xürrəmşəhr" ballistik raketi bunker dağıdan bombalarla məhv edilib.

Bu zərbə İranın dənizdəki və bölgədəki hücum potensialına vurulan ən ağır zərbələrdən biri hesab olunur.

"The New York Times" (NYT) qəzetinə danışan iranlı məmurlar Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündən sonra qorxunun pik həddə çatdığını etiraf ediblər.

Məmurlar bir-birinə zəng edərək, "növbəti kimdir?" sualını verirlər.

Mənbələr qeyd edir ki, İranda hər kəs İsrailin bütün liderləri məhv etmədən və rejimi devirmədən dayanmayacağını düşünür.

"The Wall Street Journal" (WSJ) daha bir sensasion iddia ilə çıxış edib. İsrail kəşfiyyatının əməkdaşları iranlı komandirlərin şəxsi telefonlarına zəng edərək onlara adları ilə müraciət edir, ailələri ilə hədələyirlər.

Mesaj aydındır: "Üsyan başlayanda kənarda durun, yoxsa ailənizlə birlikdə hədəf olacaqsınız!"

Qəzet hətta İran polisinin yüksək rütbəli rəsmisi ilə "Mossad" agenti arasındakı telefon dialoqunun bəzi detallarını da qeyd edib.

Tehrandan gələn digər xəbərlərə görə, təhlükəsizlik qüvvələri zərbələrdən yayınmaq üçün yaşayış binalarına sığınırlar. WSJ-nin məlumatına görə, mülki vətəndaşlar evlərindən məcburi köçürülür, binalar hərbi sığınacaqlara çevrilir. Lakin İsrail kəşfiyyatı hərbçilərin və xüsusi xidmət orqanlarının cəmləşdiyi hər bir nöqtəni izləyir və məhz həmin hədəfləri vurur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi