xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:30 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR 

“General onları öldürməyin daha əyləncəli olduğunu dedi”

12-03-2026, 10:01 7 dəfə baxılıb

“General onları öldürməyin daha əyləncəli olduğunu dedi”


ABŞ Prezidenti Donald Trump Şri-Lanka sahillərində batmış İran hərbi gəmisinə dair açıqlaması ilə diqqət çəkib. Tramp bildirib ki, generallardan biri gəmini ələ keçirmək əvəzinə batırmağın “daha əyləncəli” olacağını söyləyib.

“ Kentukkidə keçirilən mitinqdə çıxış edən Tramp İran gəmisinin batırılması qərarını şübhə altına aldığını deyib.

Prezident bildirib ki, əməliyyat nəticəsində onlarla heyət üzvü həyatını itirib və bu səbəbdən generallara sual verib: “Mən onlardan soruşdum: Niyə onları öldürdük? Niyə gəmini ələ keçirib donanmamızda istifadə etmədik?”

Trampın sözlərinə görə, generallar ona bu şəxslərin ABŞ donanmasında xidmət etmək üçün uyğun olmadığını deyiblər. Prezident əlavə edib ki, generallardan biri bu qərarı belə izah edib: “Cənab, bu daha əyləncəlidir”.

Qeyd edək ki, Şri-Lanka Hərbi Dəniz Qüvvələri martın 4-ü “IRIS Dena” adlı İran hərbi gəmisinin Hind okeanında batdığını təsdiqləyib. Gəmi Şri-Lankanın Qalle sahilləri yaxınlığında təcili yardım siqnalı göndərdikdən sonra batıb.

İran ordusunun məlumatına görə, 136 nəfərlik heyəti olan gəmidə 104 hərbçi həyatını itirib, 32 nəfər isə yaralı halda xilas edilib.

ABŞ müdafiə naziri Pit Heqset gəminin sualtı qayıqdan atılan torpedo ilə vurulduğunu açıqlayıb. İran gəmisinin batmasından sonra Şri-Lanka donanması bölgədə olan ikinci İran gəmisinə də nəzarəti ələ keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi