xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Əraqçi: Tramp Pezeşkianın qonşu ölkələrə qarşı dostcasına jestini məhv etdi

9-03-2026, 10:18 7 dəfə baxılıb

Əraqçi: Tramp Pezeşkianın qonşu ölkələrə qarşı dostcasına jestini məhv etdi


Əraqçi: Tramp Pezeşkianın qonşu ölkələrə qarşı dostcasına jestini məhv etdi

Prezident Məsud Pezeşkianın qonşularına dostluq əli uzatması jesti ABŞ prezidenti Donald Tramp tərəfindən dərhal rədd edildi.

Bunu İranaın xarici işlər naziri Abbaa Əraqçi X sosial şəbəkəsində yazıb.
"Prezident Pezeşkianın bölgəmizdə qonşularımızın hava məkanı, ərazisi və suları İran xalqına hücum etməmək şərti ilə gərginliyin azaldılma istiqamətindəki mövqeyi Prezident Trampın imkanlarımızı, qətiyyətimizi və niyyətlərimizi səhv etməsi nəticəsində demək olar ki, dərhal məhv edildi", -Əraqçi yazıb.

O əlavə etdi ki, əgər Tramp gərginliyin artmasına çalışırsa, güclü Silahlı Qüvvələrimizin çoxdan hazırdırlar və onlar bunun cavabını alacaqlar.
Əraqçi qeyd edib ki, İranın özünümüdafiə hərəkətlərinin intensivləşdirilməsinə görə məsuliyyət birbaşa ABŞ administrasiyasının üzərinə düşəcək.

Nazir onu da vurğulayıb ki, Trampın bir həftəlik macərası gənc əsgərlərin həyatını nəzərə almasaq, ABŞ ordusuna artıq 100 milyard dollara başa gəlib. “Bazarlar yenidən açıldıqda, bu xərc kəskin şəkildə artacaq və birbaşa adi amerikalıların çiyinlərinə düşəcək”, - deyə o bildirib.

Əraqçi vurğulayıb ki, 18 ABŞ kəşfiyyat orqanının maraqlarını təmsil edən Trampın Milli Kəşfiyyat Şurası İranla müharibənin uğursuzluğa məhkum olduğu qənaətinə gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi