xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Xameneinin ölümünə 54 milyon dollarlıq mərc qoyubmuşlar

5-03-2026, 09:58 3 dəfə baxılıb

Xameneinin ölümünə 54 milyon dollarlıq mərc qoyubmuşlar


ABŞ-də bəzi investorların İranın Ali Lideri Ayətullah Əli Xameneinin ölümü ilə bağlı mərclər etdiyi iddia olunur. Məlumata görə, mərclərin ümumi həcmi 54 milyon dollar təşkil edib, lakin sonradan bu əməliyyatlar dayandırılıb.

“Mərclər “Kalshi” adlı proqnozlaşdırma bazarı platformasında yerləşdirilib.

Bildirilir ki, investorlar Xameneinin 1 aprel tarixinə qədər liderlikdən gedəcəyi ehtimalına pul qoyublar.

İddialara əsasən, adının açıqlanmasını istəməyən bir investor Xameneinin 1 aprelə qədər liderlikdən getməsi ilə bağlı 3460 dollar dəyərində iki mərc edib və nəticədə 63 min dollardan çox qazanc əldə edib.

Məlumata görə, daha sonra platformada Xamenei ilə bağlı bütün əməliyyatlar dayandırılıb. Buna səbəb kimi mərclərin “birbaşa bir insanın ölümü ilə əlaqəli olması” göstərilib və ümumilikdə 54 milyon dollarlıq mərc dondurulub.

Məsələ ABŞ-də də müzakirələrə səbəb olub. Senator Kris Merfi bu cür mərcləri sərt tənqid edib:

“Bu, Amerika kommersiya əxlaqsızlığının zirvəsidir. İnsanlar başqalarının ölümünə mərc edilməsini normal qəbul etməməlidirlər”.

“The Washington Post” qəzeti isə yazıb ki, bu hadisə real həyat hadisələri üzərindən qurulan qumar bazarlarının sürətlə genişlənməsini və bunun yaratdığı etik problemləri bir daha gündəmə gətirib.

Qeyd olunur ki, oxşar hallar əvvəllər də baş verib. “Bubblemaps” analitika şirkəti ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Trampın məsləhət şurasında yer aldığı “Polymarket” proqnoz bazarında bəzi şəxslərin ABŞ-nin 28 fevralda İrana zərbə endirəcəyi ilə bağlı mərclərdən 1,2 milyon dollar qazandığını açıqlamışdı.

Həmçinin Pentaqonun kibersiyasət bölməsində çalışan bir məmurun Venesuela Prezidenti Nikolas Maduronun tutulması ilə bağlı mərcdən 400 min dollar qazandığı da bildirilmişdi.

Qeyd edək ki, “Kalshi”nin açıqlamasına görə, Xameneinin ölümünə pul qoyan müştərilər 54 milyon dollarlıq mərcdən heç birini qazana bilməyəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi