xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Ərdoğan: Hər bir oyunu pozmağa və sui-qəsdi puça çıxarmağa hazırıq

25-02-2026, 12:36 3 dəfə baxılıb

Ərdoğan: Hər bir oyunu pozmağa və sui-qəsdi puça çıxarmağa hazırıq


“Demək olar ki, hər gün yeni bir böhranın baş verdiyi bölgəmizdə hər bir addımı diqqətlə planlaşdırırıq və hər addımı diqqətlə atırıq. Unutmayın ki, hazırladığınız hər bir plan üçün bizim də öz planlarımız var”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, hər bir oyunu pozmağa və hər bir sui-qəsdi puça çıxarmağa hazırıq. “Bu 23 illik təcrübəyə, siyasətə və çox yaxşı planlaşdırılmış strategiyaya əsaslanır. Həm dostlarımız, həm də düşmənlərimizin açıq şəkildə gördüyü kimi, Türkiyə əvvəlkindən daha güclü, daha ayıq, daha bacarıqlı və daha qətiyyətlidir”, - o vurğulayıb.

Prezident Ərdoğan qeyd edib ki, yenidən formalaşan qlobal sistem daxilində öz bölgəsində aparıcı qüvvə kimi mövqeyini möhkəmləndirən bir Türkiyəni sürətlə qururuq:
“Türkiyə artıq fərqli bir liqada oyunçuya çevrilir.

Min illik tarixində küldən ayağa qalxmış və saysız-hesabsız çətinliklərin öhdəsindən gəlmiş bir millət olaraq, məqsədimizə çatacağımıza, yeni bir Türkiyə quracağımıza inanıram.
"Türk Əsri" vizyonu ilə böyük və qüdrətli Türkiyəyə nail olacağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi