xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Trampdan SON DƏQİQƏ İran açıqlaması

24-02-2026, 09:34 5 dəfə baxılıb



ABŞ prezidenti Donald Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynin onu İranla uzunmüddətli münaqişə barədə xəbərdar etməsi barədə mediada yayılan məlumatları yalan adlandırıb.

O, "Truth Social"dakı paylaşımında sözügedən məlumatın "100% yalan" olduğunu qeyd edib.

"General Keyn hamımız kimi müharibə istəmir, amma İrana qarşı hərbi əməliyyatlar aparmaq qərarı verilərsə, qələbənin asan olacağına inanır", - deyə Amerika lideri əlavə edib.

Trampın sözlərinə görə, Keyn nə İrana qarşı hərbi addımlardan çəkinməyi tövsiyə edib, nə də “məhdud zərbələr” variantını müdafiə edib.

“İrana qarşı potensial müharibə ilə bağlı yazılanların hamısı qəsdən yanlış təqdim olunub”, - deyə Tramp mediada yer alan məlumatlara münasibət bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi