xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Xamenei İranın daha çox hansı silahdan qorxduğunu açıqladı - HEYRƏTAMİZ ETİRAF

5-02-2026, 16:00 8 dəfə baxılıb



İranın ali dini lideri Əli Xamenei ölkəsinə qarşı aparılan hücumların xarakteri ilə bağlı diqqətçəkən açıqlama verib.

Xamenei bildirib ki, bu gün İrana qarşı yönəlmiş ən aktiv və təsirli hücum forması hərbi, güc tətbiqinə əsaslanan və ya iqtisadi addımlar deyil.

Onun sözlərinə görə, əsas təhlükə təbliğat müharibəsi, “yumşaq müharibə” və media təzyiqi ilə bağlıdır.

Ali lider vurğulayıb ki, düşmənlər İran cəmiyyətini daxildən zəiflətmək üçün informasiya platformalarından, sosial şəbəkələrdən və mediadan geniş şəkildə istifadə edirlər. Xamenei bu prosesi klassik müharibədən daha təhlükəli hesab edərək, ideoloji və psixoloji təsir vasitələrinin ön plana çıxdığını deyib.

Açıqlamada xüsusi olaraq qeyd olunub ki, informasiya hücumlarının məqsədi ictimai rəyə təsir göstərmək, inamı sarsıtmaq və cəmiyyətdə parçalanma yaratmaqdır.

Musavat.com-un qənaətinə görə, Əli Xamenei bu tip açıqlamalarla ölkə daxilində son dövrlər baş verən sosial etirazları və xalq narazılıqlarını əsaslandırmağa çalışır. Xüsusilə yanvar ayında Tehran şəhərində qeydə alınan, çoxsaylı ölən və yaralananların olduğu kütləvi qarşıdurmalar fonunda səsləndirilən bu mövqe, rəsmi Tehranın baş verənləri daxili səbəblərlə deyil, kənar təsir və informasiya-propaqanda müdaxiləsi ilə izah etmək cəhdinin göstəricisi kimi qiymətləndirilir. Bu yanaşma ilə İran rəhbərliyi cəmiyyətdə formalaşan real sosial narazılıqları “süni etirazlar” kimi təqdim etməyə, onları xaricdən yönləndirilən “yumşaq müharibə”nin nəticəsi kimi göstərməyə çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi