xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

ABŞ–İran böhranında şok gediş: Tehrandan Putinə təklif

3-02-2026, 12:33 2 dəfə baxılıb

ABŞ–İran böhranında şok gediş: Tehrandan Putinə təklif


ABŞ ilə İran arasında artan təhdidlər və qarşıdurmalar fonunda Tehrandan gözlənilməz bir açıqlama gəlib. İran rəsmiləri zənginləşdirilmiş uranın Rusiyaya təhvil verilməsi variantına razı ola biləcəkləri barədə siqnallar veriblər.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, İran bu mesajı birbaşa Rusiya prezidenti Vladimir Putinə çatdırıb. Rəsmilərin bildirdiyinə görə, Tehran nüvə proqramı ilə bağlı kompromisə hazır olduğunu nümayiş etdirməyə çalışır.

Məlumata əsasən, İran rəsmiləri bildiriblər:

“Nüvə proqramımızı dayandırmağa və ya məhdudlaşdırmağa hazırıq. Zənginləşdirilmiş uranı Rusiyaya verməyə razı ola bilərik. Bu mesajı Putinə şəxsən çatdırdıq”.

Bu açıqlama Vaşinqton–Tehran xəttində gərginliyin pik həddə çatdığı bir dövrdə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın İran ətrafında yaranmış gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu bir daha bəyan edib.

Peskov qeyd edib ki, Rusiyanın əvvəllər İrandan zənginləşdirilmiş uranı alaraq onu mülki nüvə reaktorları üçün yanacağa çevirməklə bağlı təklifi hələ də qüvvədədir. Onun sözlərinə görə, bu variant nüvə gərginliyinin azaldılması üçün real mexanizmlərdən biri hesab olunur və Moskva diplomatik səylərini davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi