xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Miqrantlar Rusiyadan QAÇIR - SƏBƏB AÇIQLANDI

29-01-2026, 14:22 7 dəfə baxılıb



Rusiyada yaşayan xarici vətəndaşların sayı 10% azalaraq 5,7 milyon nəfər təşkil edib.

“Vedomosti” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə analitik şöbəsinin müdiri Aleksandr Perejoqin “Rusiya Federasiyasının Yeni Miqrasiya Siyasəti” konfransında bildirib.

Qeyd edək ki, keçən ilin yanvar ayında Rusiyada təxminən 6,3 milyon xarici vətəndaş yaşayırdı. 2025-ci il üçün rəsmi nəticələrin fevral ayında açıqlanması planlaşdırılır.

Perejoqinin sözlərinə görə, azalmanın əsas səbəbi yetkinlik yaşına çatmayan xarici vətəndaşların sayının təxminən 25% azalması olub.

Moskva Vəkillər Kollegiyasının rəhbəri Anna Minuşkina qeyd edib ki, miqrasiya qanunlarının sərtləşdirilməsi də bu prosesdə mühüm rol oynayıb. Onun sözlərinə görə, əvvəllər miqrasiya qaydalarını pozan şəxslər polis yoxlamasına qədər ölkədə qala bilirdilər. İndi isə belə şəxslər dərhal “Nəzarət altındakı şəxslər reyestrinə” daxil edilir.

Ekspert vurğulayıb ki, yeni qaydalar qüvvəyə minməzdən əvvəl miqrantlar bank hesablarından istifadə edə, evlənə və bununla da Rusiyada qalma statusunu leqal yolla əldə edə bilirdilər. Yeni deportasiya qanununun tətbiqi ilə xarici vətəndaşlar artıq maliyyə vəsaitlərinə sahib ola bilmir və bir sıra hallarda ölkəni tərk etmək məcburiyyətində qalırlar, hətta geri qayıtmaq imkanları da məhdudlaşır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi