xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Ərdoğan İranla bağlı HƏRƏKƏTƏ KEÇDİ - Trampa GÖZLƏNİLMƏZ TƏKLİF

29-01-2026, 09:41 13 dəfə baxılıb



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib.

Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ərdoğan bu təklifi 27 yanvarda ABŞ prezidenti ilə telefon danışığı zamanı səsləndirib.

O, ABŞ, İran və Türkiyə arasında videokonfrans formatında yüksək səviyyəli görüşün keçirilməsini təklif edib.

"Trampın Ərdoğanın təklifinə müsbət yanaşdığı bildirilir", - deyə nəşrin köşə yazarı Hande Fırat yazıb.

Qəzet həmçinin İranın xarici işlər naziri Abbas Əraqçinin bu həftə həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcəyini bildirib, lakin konkret tarixlər açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə və İran xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-də telefonla danışıblar və İran ətrafındakı son hadisələri, bölgədəki gərginliyin azaldılması səylərini müzakirə ediblər.

Ankara İran ətrafındakı vəziyyətin diplomatik yollarla həll olunacağına ümid edir. Bu barədə Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç çərşənbə axşamı "TRT Haber"də bildirib. O qeyd edib ki, Türkiyə İranın işlərinə xarici müdaxilənin müsbət nəticə verməyəcəyinə inanır.

Xatırladaq ki, dekabrın 29-da İranda rialın kəskin şəkildə ucuzlaşması ilə başlayan küçə etirazlarından sonra iğtişaşlar başlayıb və əksər böyük şəhərlərə yayılıb.

Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. Tehran baş verən iğtişaşların təşkilində İsrail və ABŞ-ı ittiham edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi