xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Rusiya üçün döyüşməyin cəzası var – muzdlu özbəklər ard-arda məhkum edilir

29-01-2026, 09:11 9 dəfə baxılıb



Özbəkistanın Fərqanə şəhərində bir kişi Ukraynadakı hərbi əməliyyatlarda iştirak etdiyinə görə məhkum edilib.

Podrobno.uz saytı xəbər verir ki, Fərqanə rayon Cinayət Məhkəməsi 28 yaşlı Özbəkistan vətəndaşını muzdluluqda təqsirli bilib və onu 3 il müddətinə azadlıqdan məhrum edib.

İş materiallarına görə, təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayında Rusiya ordusuna qoşulub.
Ötən il onu Rusiyada immiqrasiya qaydalarını pozduğuna görə saxlayıblar və döyüşçü olaraq müharibəyə getməsi üçün müqavilə təklif ediblər. Özbək gənc deportasiya olunmaqdan qorxaraq razılaşıb. O, Voronej vilayətində hərbi təlim keçdikdən sonra mart ayında müharibə zonasına köçürülüb.

Xidmət müddətində özbək muzdlu əlindən xəsarət alıb və hərbi hospitalda müalicə olunub. Xidmətə qayıtdıqdan sonra o, Rusiya bölmələrini ərzaqla təmin etmək işinə baxıb. 2025-ci ilin iyul ayında o, Özbəkistana məzuniyyətə gəlib və orada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Adam günahını etiraf edib və vətəndaşs Cinayət Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsi (“Muzdluluq”) ilə cinayət işi açılıb.

Özbəkistan hakimiyyəti dəfələrlə həmvətənlərinə xəbərdarlıq edib ki, münaqişənin motivindən və ya tərəfindən asılı olmayaraq, xarici ərazilərdə silahlı münaqişələrdə iştirak cinayətdir.

Onu da qeyd edək ki, son həftələrdə bu, Rusiya ordusunun təkibində Ukraynaya qarşı müharibədə iştirak edən üçüncü şəxsin məhkum edilməsidir. Rusiya Mərkəzi Asiyadan olan miqarntları kütləvi şəkildə “ovlayır”, şantaj edərək (əsasən uzunmüddətli həbslə və ağır rejimlü türmələrdə məhv etməklə) müharibəyə göndərir.

Eyni üsul Azəbaycan vətəndaşlrına qarşı da tətbiq edilir. Hazırda yüzlərlə vətəndaşımızin zorla və şirnikləndirməklə müharibəyə aparıldığı barədə informasiyalar var.

Ən pisi odur ki, bizimkilərin çoxu müharibədən salamat qayıtmır, yaralanıb sıradan çıxanlar isə RF ərazisində qalmağa üstünlük verirlər, çünki vətəndə onları cəza gözlədiyini bilirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi