xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

İranda QANLI hesabat: şəhərlər üzrə minlərlə ölüm – Təbriz, Urmiya və Ərdəbil də siyahıda

28-01-2026, 14:22 4 dəfə baxılıb



İranda yanvar ayında baş verən etirazlar və zorakılıqlar fonunda şəhərlər üzrə ölənlərin, ağır xəsarət alanların və edam edilənlərin sayı ilə bağlı sarsıdıcı statistika açıqlanıb.

Rəqəmlər professor Əmir Rza Mübarizin araşdırmasına əsaslanır və 24 yanvar tarixinədək xəstəxanalarda qeydə alınmış məlumatları əhatə edir.

Açıqlanan məlumatlara görə, ölkə üzrə ölənlərin sayı minlərlədir. Ən çox itki Tehranda qeydə alınıb – 8354 nəfər. Onu Məşhəd (2893), İsfahan (1935), Şiraz (1920), Qum (1850) və Kərmansah (1850) izləyir. Siyahıda Azərbaycan şəhərləri də yer alır: Təbriz – 620, Urmiya – 350, Ərdəbil – 489.

Araşdırmada göz itkiləri ilə bağlı rəqəmlər də diqqət çəkir. Bu kateqoriyada Tehran – 11 900 nəfərlə ilk sıradadır. Urmiya və Şirazda hər biri 7650, Məşhəddə 2750, Təbrizdə isə 360 nəfərin gözlərini itirdiyi bildirilir.

Etirazlardan sonra həyata keçirilən edamlar da statistikaya daxil edilib. Rəsmi xəstəxana qeydlərinə əsasən, Tehranda 468, Məşhəddə 214, Qumda 121, Şirazda isə 128 nəfər edam edilib.musavat.com

Ümumilikdə, araşdırmaya görə, 60 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub və İran üzrə humanitar vəziyyətin miqyasını açıq şəkildə ortaya qoyur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi