xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Elektrikli avtomobillərdə batareya inqilabı: Cəmi beş dəqiqəyə tam şarj...

22-01-2026, 15:30 5 dəfə baxılıb

Elektrikli avtomobillərdə batareya inqilabı: Cəmi beş dəqiqəyə tam şarj...


Texnologiya dünyası indiyədək mövcud batareyaları daha səmərəli hala gətirmək üçün çalışırdı. Lakin CES 2026 sərgisində təqdim olunan yeni bir ixtira bu sahədə tamamilə yeni mərhələ açıb.

Valyuta.az xəbər verir ki, “Donut Lab” tərəfindən hazırlanmış və dünyada ilk dəfə seri istehsala hazır olan bərk hal batareyası elektrikli avtomobil sahiblərinin ən böyük narahatlığı sayılan uzun şarj müddətini faktiki olaraq aradan qaldırır.

Şirkətin paylaşdığı məlumatlara görə, bu batareya cəmi beş dəqiqə ərzində tam doluluğa çatır. Bundan əlavə, kiloqram başına 400 Wh enerji sıxlığı təklif edərək bazardakı ən güclü rəqiblərini belə iki dəfə üstələyən tutum təqdim edir.

Yüz min şarj dövrəsi və yüksək davamlılıq

Yeni nəsil batareyanın üstünlüyü yalnız sürət və tutumla məhdudlaşmır. O, eyni zamanda istismar müddətini də diqqətçəkən səviyyəyə yüksəldir. Standart litium-ion batareyalar təxminən 5 min şarj dövrəsindən sonra performansını itirdiyi halda, “Donut Lab”ın yeni batareyası 100 min dövrəyədək funksionallığını qoruyur. Bu isə avtomobilin bütün istismar müddəti ərzində batareyanın demək olar ki, dəyişdirilməsinə ehtiyac qalmayacağı anlamına gəlir.

Texnologiya ilk mərhələdə “Verge Motorcycles” şirkətinin “TS Pro” modellərində tətbiq ediləcək. Bunun nəticəsində motosikletlərin 350 kilometrlik hərəkət məsafəsinin birbaşa 600 kilometrə yaxınlaşacağı bildirilir.

Gələcək artıq hədəf deyil, reallıqdır

Bir çox texnologiya nəhəngi oxşar layihələr üzərində işləsə də, “Donut Lab”ı fərqləndirən əsas məqam bu məhsulun artıq istifadəyə hazır olmasıdır. Şirkətin icraçı direktoru Marko Lehtimäkinin sözlərinə görə, bərk hal batareyaları artıq “bir gün gələcək” deyilən uzaq bir xəyal deyil.

Üstəlik, bu batareyalar ənənəvi batareyalardan fərqli olaraq yanıcı maye elektrolitlər ehtiva etmədiyi üçün xeyli təhlükəsizdir. Nəzarətsiz temperatur artımı nəticəsində yaranan yanğın riskini minimuma endirən bu arxitektura, hətta -30 dərəcə kimi ekstremal soyuq şəraitdə belə tutumunun 99 faizini qoruyub saxlaya bilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi