xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Zelenski İrandakı etirazlardan danışdı: “Bu rejim çox şər gətirdi – Ukraynaya da”

13-01-2026, 09:11 5 dəfə baxılıb



Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində ilk dəfə olaraq İranda baş verən kütləvi hökumət əleyhinə etirazlara münasibət bildirib.

Zelenski deyib ki, dünyada hər bir normal insan İran xalqının nəhayət bu qədər zərər gətirmiş rejimdən azad olmasını istəyir. Onun sözlərinə görə, bu rejimin fəaliyyəti təkcə İran xalqına deyil, eyni zamanda Ukraynaya da ziyan vurub.

Ukrayna prezidenti vurğulayıb ki, beynəlxalq ictimaiyyət İranda dəyişikliklər üçün yaranmış fürsəti əldən verməməlidir. O bildirib ki, hazırda dünya liderləri, dövlətlər və beynəlxalq təşkilatlar prosesə qoşulmalı, İran xalqına bu vəziyyətə cavabdeh olan qüvvələri aradan qaldırmaqda kömək etməlidir.

Zelenskinin fikrincə, İran ətrafında formalaşmış mövcud vəziyyət qlobal təhlükəsizlik baxımından da həlledici məqamdır və biganə qalmaq ciddi nəticələrə yol aça bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi