xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Netanyahudan İran açıqlaması: “fars xalqı”na dəstək verən baş nazir 40 milyon türkü “unutdu”

12-01-2026, 11:38 4 dəfə baxılıb



İsrailin baş naziri Benyamin Netanyahu İranda baş verən kütləvi etirazları dəstəklədiyini bildirib və bu ölkədə hakimiyyət dəyişikliyi olacağı təqdirdə tərəfdaşlıq vəd edib.

Musavat.com bununla bağlı RİA Novosti-yə istinadən xəbər verir. Məlumata görə, bazar günü hökumətin iclasında çıxış edən baş nazir bəyan edib ki, İsrail İslam Respublikasındakı vəziyyəti diqqətlə izləyir. “Azadlıq uğrunda nümayişlər bütün ölkəyə yayılıb. İsrail xalqı və bütün dünya İran vətəndaşlarının inanılmaz qəhrəmanlığına heyrandır. İsrail onların azadlıq mübarizəsini dəstəkləyir və günahsız mülki əhalinin qətliamını qəti şəkildə pisləyir. Biz hamımız ümid edirik ki, fars xalqı tezliklə zülmdən xilas olacaq və o gün gələndə İsrail və İran yenidən hər iki xalq üçün firavanlıq və sülh gələcəyinin qurulmasında sadiq tərəfdaşlar olacaqlar”, - Netanyahu bildirib.

P.S.İsrailin baş nazirinin İrandakı etirazları dəstəkləyərkən “fars xalqı”na əlahiddə dəstək ifadə edərək İranda, Cənubi Azərbaycanda yaşayan 40 milyondan artıq türkü görməzdən gəlməsi təəccüb və təəssüf doğurur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi