xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezident qəbul keçirdi - Foto 
  • 09:49 – Qardaşlığımızın möhürlənməsinin beşinci ili 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 

Rusiyanın qəddar hücumu: 10 dərəcə şaxtada Ukraynanın iki bölgəsi tam zülmətə qərq oldu

8-01-2026, 09:54 4 dəfə baxılıb



Rusiyanın enerji infrastruktutuna dünən endirdiyi zərbələrdən sonra Ukraynanın Dnepropetrovsk və Zaporojye bölgələrində enerji tamamilə kəsilib.

RBC- Ukraina xəbər verir ki, mənfi 10 dərəcəyə yaxın şaxtalarda yüz minlərlə insan istiliksiz, susuz, işıqsız qalıb. Yerli hakimiyyət orqanları insanlardan su ehtiyatı toplamalarını, uzunmüddətli dövr üçün enerjisizliyə hazırlaşmalarını xahiş ediblər.

Dnepropetrovsk Regional Şurasının rəhbəri Nikolay Lukaşuk və Zaporojye Regional Dövlət Administrasiyasının rəhbəri İvan Fedorovun Telegram-dakı açıqlamalarında enerjinin bərpasının uzun müddət tələb edəcəyi bildirilib. Lukaşuk yazıb: "Hazırda elektrik təchizatının bərpası ilə bağlı heç bir proqnoz yoxdur. Əgər hazırda evdə su varsa, ehtiyat yığın. Bu, xüsusilə Pavloqrad və Sinelniki rayonları üçün vacibdir, çünki kommunal xidmət də elektrik enerjisizdir".

Onlayn məlumatlara görə, Dneprdə elektrik, su, istilik, internet və mobil rabitə yoxdur. Əhalidən internetdən maksimum az istifadə etmələri istənilib. Yerli mobil rabitə təchizatçıları ən yaxşı halda 7-8 saatlıq resurslarının qaldığını elan ediblər.

Xəstəxanalarda generatorlar işə salınıb, metro işləmir, dəmiryolunda qatarlar istilik teplovozları ilə hərəkətə keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi