xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Pezeşkian ölkədəki etirazlara münasibət bildirdi: "Günahkar ABŞ deyil, bizik"

2-01-2026, 10:39 5 dəfə baxılıb

Pezeşkian ölkədəki etirazlara münasibət bildirdi: "Günahkar ABŞ deyil, bizik"


İran Prezidenti Məsud Pezeşkian ictimai narazılığı etiraf edərək, mövcud problemlərə görə hökumətin məsuliyyət daşıdığını bildirib və rəsmiləri ABŞ kimi xarici aktyorları günahlandırmamağa çağırıb.

Çahar Mahal Bəxtiyari əyalətinə səfəri zamanı Pezeşkian bildirib ki, problemlərin həlli yanaşmalardan asılıdır: "İctimai narazılığı aradan qaldırmaq üçün hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli, iqtisadi və sosial problemlərə praktik həllər tapmalıdır. Əgər insanlar narazıdırsa, bu, bizim günahımızdır. Günahı ABŞ-də və ya başqa yerdə axtarmayın. Məsuliyyət bizim üzərimizdədir".

İranın "Fars" agentliyinin verdiyi məlumata görə, ölkənin bir neçə şəhərində etiraz aksiyaları keçirilib.

Qarşıdurma zamanı bir polis öldürülüb. 20 nəfər həbs olunub.

Yerli vaxtla saat 18:00 radələrində Loristan əyalətinin Azna şəhərində keçirilən etiraz nümayişləri zamanı bir qrup polis bölməsinə hücum edib.

Məlumata görə, sözügedən şəxslər polis bölməsinə silahla daxil olduqda atışma baş verib və hücum nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Elburz əyalətində emalatxanada partlayıcı maddələr istehsal etdiklərinə görə 14 nəfər saxlanılıb.

Milli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi problemlərə görə dekabrın 28-də Tehranın Böyük Bazarında başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi