xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Paşinyan Alen Simonyanı çıxdaş edir: spiker postu risk altındadır

29-12-2025, 16:00 12 dəfə baxılıb



“Armlur” nəşrinin məlumatına görə, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın son dövrlərdəki fəaliyyəti həm baş nazir Nikol Paşinyan, həm də hakim Vətəndaş Müqaviləsi partiyasının bir sıra üzvləri arasında ciddi narazılıq yaradıb.

Partiyanın idarə heyətinin iclaslarında Alen Simonyanın həmkarlarına qarşı sərt davranması, bəzən isə açıq təzyiq göstərərək seçki siyahılarının hazırlanması zamanı ayrı-ayrı namizədlərin siyahıdan çıxarılmasına cəhd etməsi partiya daxilində gərginliyə səbəb olub.

Mənbənin yazdığına görə, bu davranışlardan narazı qalan partiya üzvləri baş verənlərlə bağlı birbaşa Paşinyana məlumat veriblər. Nəticədə, hakim partiyanın növbəti seçkilərdən sonra da iqtidarda qalacağı təqdirdə, Alen Simonyanın spiker vəzifəsindən uzaqlaşdırılması məsələsi gündəmə gətirilib.

“Armlur” qeyd edir ki, mümkün kadr dəyişikliyi fonunda Milli Assambleyanın yeni sədri postuna əsas namizəd kimi Ermənistanın ABŞ-dakı sabiq səfiri Lilit Makuntsun adı ön plana çıxır. Bu ehtimal reallaşacağı halda, parlament rəhbərliyində ciddi dəyişikliklər baş verə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi