xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Xameneyidən ŞOK İDDİA - ABŞ ordu məğlub oldu

29-12-2025, 14:22 6 dəfə baxılıb



İranın dini lideri Əli Xameneyi ABŞ ordusunun İran gənclərinin cəsarəti və fədakarlığı ilə məğlub olduğunu iddia edib.

Xamneyi Avropadakı İslam Tələbə Assosiasiyaları Birliyinin illik toplantısı üçün rəsmi saytında bir mesaj yayımlayıb.

Ölkəsinin hücuma məruz qalmasının və sanksiyalara məruz qalmasının yeganə səbəbi nüvə məsələsinin olmadığını iddia edən dini lider əsl məsələnin İranın "müstəmləkəçi güclərə qarşı mübarizəsi" olduğunu bildirib.

Xamneyi hücumlarda alimlərin, komandirlərin və mülki şəxslərin həyatını itirməsindən kədərləndiyini bildirib, lakin İran gənclərinin bu kədərə baxmayaraq, heç vaxt dayanmayacağını vurğulayıb.

Xatırladaq ki, 13 iyunda İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun ən yüksək komandanlıq səviyyələrini hədəf alan genişmiqyaslı hücumlar həyata keçirmişdi. İranda Baş Qərargah rəisi, İnqilab Keşikçilərinin Baş Komandanı və bir neçə yüksək rütbəli komandir, eləcə də 9 nüvə alimi hücumlarda həyatını itirib. Açıq şəkildə İsraili dəstəkləyən ABŞ 22 iyunda Nətənz, Fordo və İsfahanda İranın üç nüvə obyektinə hücumlar təşkil etib.

ABŞ-ın hücumuna cavab olaraq, İran 23 iyunda Qətərdəki ABŞ-ın Əl-Udeyd hava bazasına hücum edib. 24 iyunda ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi