xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

İŞİD-ə qarşı BÖYÜK ƏMƏLİYYAT - 7 türk polisi yaralandı

29-12-2025, 10:43 6 dəfə baxılıb



Türkiyənin Yalova şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən polis əməliyyatı zamanı silahlı insident baş verib. Şübhəlilərin polis əməkdaşlarına atəş açmasından sonra yaranan atışmada 7 polis əməkdaşı yaralanıb.

Yalova Valiliyinin yaydığı rəsmi açıqlamaya görə, Yalova Polis İdarəsinin məsuliyyət ərazisində İŞİD-ə qarşı əvvəlcədən planlaşdırılmış əməliyyat icra olunarkən silahlı müqavimət göstərilib. Hadisə nəticəsində yaralanan 7 polis əməkdaşı dərhal xəstəxanaya çatdırılıb. İlkin tibbi məlumatlara əsasən, onların həyatları üçün təhlükə yoxdur.

Məlumata görə, əməliyyat şəhər mərkəzindən təxminən 9 kilometr uzaqlıqda yerləşən Elmalık kəndində, əvvəlcədən müəyyən edilmiş ünvanda həyata keçirilib. Evdən polisə atəş açılması nəticəsində qarşıdurma yaranıb və ilk atışma zamanı polis əməkdaşları yaralanıb.

Hadisədən sonra polis qüvvələri sözügedən evi mühasirəyə alıb. Əraziyə Yalovadan əlavə olaraq Bursadan Xüsusi Əməliyyatlar dəstək qrupları göndərilib. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və əməliyyat nəzarət altında davam etdirilir.

Rəsmi məlumatlarda qeyd olunur ki, əməliyyatın aparıldığı ərazidə və Yalova şəhərində təxminən altı saatdır təhlükəsizlik tədbirləri çərçivəsində qarşıdurma vəziyyəti davam edir. Ara-sıra atəş səsləri eşidilir.

Yalova Valiliyi təhlükəsizlik məqsədilə bu gün ərazidə yerləşən beş məktəbdə dərslərin dayandırıldığını açıqlayıb. Eyni zamanda, əməliyyat bölgəsində təbii qaz və elektrik enerjisinin müvəqqəti olaraq kəsildiyi, mülki şəxslərin və nəqliyyat vasitələrinin həmin zonaya buraxılmadığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi