xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 

Paşinyan Qarabağa qayıdış mövzusunu bağladı: Ermənistanda məskunlaşın

19-12-2025, 15:30 7 dəfə baxılıb

Paşinyan Qarabağa qayıdış mövzusunu bağladı: Ermənistanda məskunlaşın


“Siz Ermənistanda məskunlaşmalı və Ermənistan vətəndaşlığını almalısınız”.

Ermənistan baş naziri Paşinyan Qarabağdan gedən ermənilərə bu sözlərlə müraciət edib.

Nikol Paşinyan həmçinin yol verilmiş səhvlərdən dərs çıxarmağa və müvafiq nəticələr əldə etməyə çağırıb.

“Öz missiyamı xalqı şəhidlik məntiqindən çıxarmaq hesab edirəm və bəli — bu gün biz buna çoxsaylı itkilər və məhrumiyyətlər bahasına gəlib çatmışıq”, — deyə Paşinyan jurnalistlərlə söhbətində bildirib.

O vurğulayıb ki, əgər hazırda Qarabağ ermənilərinin geri qayıdışı gündəminin qəbul edildiyi bəyan olunsa, sual yaranır: bu, Qarabağ xalqının özünə nə verəcək?

“Bu, onları daimi köçkün statusuna, qeyri-müəyyənliyə məhkum etmək demək olardı — harada yaşayacaqlarını, ünvanlarının olub-olmadığını bilmədən. Mən isə deyirəm: belə bir ünvan var — bu, beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olan Ermənistandır”, — deyə Paşinyan qeyd edib.

Paşinyan açıq və birmənalı şəkildə bəyan edib ki, hakimiyyət Qarabağa qayıdış yolundan imtina edir.

“Biz deyirik: əziz Qarabağlı bacı və qardaşlar, siz Ermənistanda məskunlaşmalı və Ermənistan Respublikasının vətəndaşlığını almalısınız”, — deyə baş nazir vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi