xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 
  • 13:49 – Prezident və birinci xanım Şamaxıda 
  • 12:14 – İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi 

İlon Maskın sərvəti 600 milyard dolları keçdi

17-12-2025, 09:22 7 dəfə baxılıb

İlon Maskın sərvəti 600 milyard dolları keçdi


Tesla səhmdarlarının İlon Mask üçün 1 trilyon dollarlıq ödəniş paketini təsdiqləməsindən sonra milyarder sahibkarın sərvəti rekord həddə yüksəlib.

Mask bazar ertəsi günü sərvəti 600 milyard dolları keçən ilk şəxs olub. "Bloomberg”in milyarderlər indeksinə əsasən isə onun sərvəti hazırda 638 milyard dollar səviyyəsində qiymətləndirilir.

Bu artım Maskın kosmik şirkəti SpaceX-in təxminən 800 milyard dollar dəyər qiymətləndirməsi ilə birjada ilkin kütləvi təklifə (IPO) hazırlaşdığına dair yayılan xəbərlərdən sonra baş verib. Məlumata görə, gələn il IPO planları olan SpaceX-də Maskın təxminən 42 faizlik payı mövcuddur.

Qeyd edək ki, Mask oktyabr ayında xalis sərvəti 500 milyard dolları aşan ilk şəxs kimi tarixə düşüb. "Forbes”in məlumatına əsasən, indiyədək bu həddi keçən başqa heç bir şəxs olmayıb. SpaceX-in mümkün dəyər qiymətləndirilməsi Maskın ümumi sərvətini təxminən 677 milyard dollara qədər artıra bilər.

Maskın sərvətinin artmasına Tesla-dakı payı da təsir göstərib. Onun elektrikli avtomobil istehsalçısı olan Tesla-da təxminən 12 faizlik payı var. Satış tempindəki zəifləməyə baxmayaraq, Tesla səhmləri ilin əvvəlindən bu yana 13 faiz bahalaşıb. Maskın şirkətin ön sərnişin oturacağında təhlükəsizlik əməkdaşı olmadan robotaksi sınaqları keçirdiyini açıqlamasından sonra səhmlər bazar ertəsi günü təxminən 4 faiz dəyər qazanıb.

Xatırladaq ki, noyabr ayında Tesla səhmdarları Mask üçün 1 trilyon dollarlıq ödəniş paketini təsdiqləyib. Bu paket investorların Teslanı süni intellekt və robototexnika sahəsində qlobal nəhəngə çevirmə vizyonuna dəstəyinin göstəricisi olmaqla yanaşı, həm şirkət tarixində, həm də qlobal miqyasda ən böyük rəhbər ödəniş paketi kimi qiymətləndirilir.

Bununla yanaşı, Maskın süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkətinin də iri maliyyə raunduna hazırlaşdığı bildirilir. "Wall Street Journal”ın yazdığına görə, xAI 230 milyard dollar dəyər qiymətləndirməsi ilə 15 milyard dollarlıq yeni sərmayə cəlbi üçün irəliləmiş mərhələdə danışıqlar aparır.(qaynarinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi