xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Şolts hökumətinin niyə dağıldığını açıqladı

14-11-2025, 09:17 3 dəfə baxılıb

Şolts hökumətinin niyə dağıldığını açıqladı


Almaniyanın keçmiş kansleri Olaf Şolts bildirib ki, onun hökuməti ötən ilin sonunda məhz Ukraynaya yardım məsələsinə görə süquta uğrayıb.

Sabiq kansler bu barədə "Die Zeit” nəşrinə verdiyi müsahibədə danışıb.

"Unutmaq olmaz: mən əvvəlki hökuməti buraxdım, çünki Ukraynaya və Almaniyada yaşayan ukraynalılara əlavə tədbirlərin maliyyələşdirilməsi üçün təxminən 15 milyard avro həcmində vəsait barədə razılıq əldə olunmadı", deyə o, suallardan birinə cavabında qeyd edib.

Şoltsun sözlərinə görə, əsas mübahisə "büdcə əyləci” adlanan – Almaniyada büdcə kəsirinə qoyulan qanuni məhdudiyyətin aradan qaldırılması məsələsi ətrafında yaranıb. Nəticədə bu "əyləc” zəiflədilsə də, artıq Şolts hökuməti dağılmışdı.

O vurğulayıb ki, əgər bu addım vaxtında atılsaydı, hazırkı kansler Fridrix Merzin hökuməti də ya Almaniyanın daxili xərclərini azaltmalı, ya da Ukraynaya hərbi dəstəyi artırmaqdan imtina etməli olacaqdı.

Olaf Şolts Almaniyanın federal kansleri vəzifəsini 8 dekabr 2021-ci ildən icra edib. O, formal olaraq 25 mart 2025-ci ilə qədər vəzifədə qalıb və koalisiyanın buraxılmasından sonra, 6 may 2025-ci ilə qədər keçid dövründə hökumət başçısı səlahiyyətlərini müvəqqəti icra edib. Beləliklə, Şolts hökuməti üç il üç ay fəaliyyət göstərib və Almaniyada adətən olduğu kimi dördillik müddəti tam başa çatdıra bilməyib.

Onun hakimiyyəti dövrü ciddi iqtisadi və siyasi çətinliklərlə müşayiət olunub. Enerji böhranı, qiymət artımı və Ukrayna müharibəsinin nəticələri Almaniyanın iqtisadi artımını zəiflədirib. Üç partiyadan ibarət koalisiya daxilində iqlim, vergi və sənaye siyasəti ilə bağlı daimi fikir ayrılıqları 2024-cü ilin noyabrında bir partiyanın hökumətdən çıxmasına səbəb olub. Bu hadisə kabineti parlament çoxluğundan məhrum edib və hökumətin vaxtından əvvəl fəaliyyətini dayandırmasına gətirib çıxarıb.(qaynarinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi