xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 

Mask: Tezliklə insanlar ölümdən sonra robotlarda yaşaya biləcəklər

13-11-2025, 09:00 5 dəfə baxılıb

Mask: Tezliklə insanlar ölümdən sonra robotlarda yaşaya biləcəklər


Milyarder iş adamı İlon Mask hesab edir ki, artıq 20 ildən sonra insanlar “öz zehnini robotlara yükləyə” biləcəklər — yəni şüur və xatirələrini bioloji olmayan bədənə köçürərək yaşamağa davam edəcəklər.

"Lapaas Voice" xəbər verir ki, o, bunu Leks Fridmanla birlikdə iştirak etdiyi podkastda söyləyib.

Mask qeyd edib ki, bu cür texnologiya “rəqəmsal ölməzliyə” doğru bir addım ola bilər.

O, bu ideyanı öz layihələri – “beyin-kompüter interfeysi” üzərində çalışan Neuralink startapı və insanabənzər robotlar hazırlayan Tesla Optimus proqramı ilə əlaqələndirib. Onun sözlərinə görə, əgər proses təhlükəsiz olsa və insanlara xatirələrini qorumağa və ya qabiliyyətlərini artırmağa imkan versə, “çoxları bunu etmək istəyəcək”.

Əslində söhbət neyro-məlumatların ehtiyat surətinin çıxarılması, şüurun maşınla birləşməsi və ya şəxsiyyətin tam şəkildə süni bədənə köçürülməsi imkanından gedir. Mask bildirib ki, bu texnologiyalar insana fiziki ölümündən sonra da mövcudluğunu davam etdirməyə şərait yarada bilər, lakin bunun hələ uzaq perspektiv olduğunu vurğulayıb.

Mütəxəssislər qeyd edirlər ki, “zehinin yüklənməsi” ideyasının gerçəkləşməsi üçün bəşəriyyət ciddi elmi və etik baryerləri aşmalıdır. Alimlər hələ də insan şüurunun rəqəmsal formaya necə çevrilə biləcəyini tam başa düşmürlər. Bundan başqa, şəxsiyyət hüquqları, kimliyin qorunması və zehnə müdaxilənin mümkün riskləri ilə bağlı suallar da açıq qalır.

Mütəxəssislərin skeptik münasibətinə baxmayaraq, Mask əmindir ki, neyrotexnologiya və robototexnika sahəsindəki inkişaf, insanın maşınla birləşəcəyi anı getdikcə yaxınlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi