xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 

Ruslar kasıblayıblar: gündəlik xərclər kəskin azaldıldı

4-11-2025, 15:30 6 dəfə baxılıb



Son bir il ərzində rusiyalıların təxminən 68 faizi gündəlik xərclərini azaltmağa məcbur qalıb.

Respondentlərin yarıdan çoxu etiraf edib ki, artıq kafelərə və restoranlara daha az gedir, evdə bişmiş yeməyə üstünlük verir.

Hətta sorğuda iştirak edənlərin üçdə biri əyləncə, abunə və səyahətlərə xərcləri azaltmaqla yanaşı, gündəlik həyat tərzində ciddi qənaət rejiminə keçdiklərini bildirib.

Məlumata görə, 28 faiz evdən kənarda qəhvə almaq vərdişindən imtina edib, hər beş nəfərdən biri isə rabitə və internet xərclərini yenidən nəzərdən keçirib.

Ekspertlər bildirir ki, belə qənaət tədbirləri həm iqtisadi vəziyyətin pisləşməsi, həm də inflyasiyanın yüksək səviyyədə olması ilə bağlıdır. Həmçinin, çoxsaylı rusiyalılar əyləncə və səyahət kimi əlavə xərclərdən imtina edərək ailə büdcəsini qorumağa çalışır.

Nəticədə, əhalinin gündəlik xərclərinin azalması, restoran, kafe və əyləncə sektoruna da mənfi təsir göstərir, işgüzar fəaliyyət və kiçik bizneslərin gəlirləri azalmaqdadır. Sorğu göstərir ki, rusiyalılar artıq daha çox evdə vaxt keçirərək, qənaət rejiminə uyğun həyat tərzinə keçirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi