xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 12:04 – Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR 

ABŞ-da ərzaq yardımı azaldılır: milyonlarla aztəminatlı ailə yardımı həftələrlə gözləyəcək

4-11-2025, 16:00 6 dəfə baxılıb

ABŞ-da ərzaq yardımı azaldılır: milyonlarla aztəminatlı ailə yardımı həftələrlə gözləyəcək


ABŞ hökuməti ərzaq yardımı proqramını ixtisar edir və yardımın çatdırılmasında ciddi gecikmələr gözlənilir.

Reuters-in məlumatına görə, Donald Tramp administrasiyası noyabr ayı ərzində milyonlarla amerikalıya qismən ərzaq yardımı veriləcəyini açıqlayıb. Lakin bəzi ştatlarda bu yardımın hesablanması və bölüşdürülməsi üçün “həftələr, bəlkə də aylar” lazım olacaq.

Proqram ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) tərəfindən hazırlanıb. Cümə günü məhkəmə fövqəladə ehtiyat vəsaitlərin istifadəsinə icazə verdikdən sonra USDA Əlavə Ərzaq Yardımı Proqramının (SNAP) müəyyən hissəsini maliyyələşdirməyi qərara alıb. Xatırladaq ki, 1 noyabrda federal “şatdaun” səbəbindən proqram tarixində ilk dəfə tam dayandırılmışdı.

USDA nümayəndəsinin sözlərinə görə, bəzi ştatlarda sistemin yenilənməsi üçün bir neçə həftədən bir neçə aya qədər vaxt tələb olunur. Bu, proqramın 60 illik tarixində ilk dəfə baş verən qismən ödəniş təcrübəsidir. Hazırda SNAP 42 milyon aztəminatlı amerikalıya yardım göstərir.

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, USDA federal hakim Con MakKonnellin qərarına əsasən, proqramın 5,25 milyard dollarlıq ehtiyat fondunu xərcləyəcək. Lakin bu məbləğ proqramın ümumi aylıq ehtiyacını — 8–9 milyard dolları — tam əhatə etmir.

SNAP yardımı gəliri federal yoxsulluq həddinin 130 faizindən aşağı olan ailələrə verilir. Bu, bir nəfərlik ailə üçün aylıq 1 632 dollar, iki nəfərlik ailə üçün isə 2 215 dollara bərabərdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi